Edip Akbayram vəfat etdi

Məşhur türkiyəli müğənni Edip Akbayram 75 yaşında dünyasını dəyişib.

Uluyol.info xəbər verir ki, bu haqda İstanbul vilayəti Sağlamlıq Müdiri Dos. Dr. Abdullah Emre Güner sosial media hesabında açıqlama yayıb.

Bildirib ki, ölkənin dəyərli sənətçilərindən Edip Akbayramın təxminən 2 aydır müalicə aldığı Haydarpaşa Nümunə Təhsil və Araşdırma Xəstəxanasında bütün tibbi müdaxilələrə baxmayaraq həyatını itirib:

“Mərhuma Allahdan rəhmət diləyir, ailəsinə, sevənlərinə və sənət ictimaiyyətinə başsağlığı verirəm”.

Qeyd edək ki, sənətçi yanvarın 9-da yataqdan yıxılması nəticəsində daxili qanaxma şübhəsi ilə Səhiyyə Elmləri Universiteti Haydarpaşa Nümunə Təhsil və Araşdırma Xəstəxanasına yerləşdirilib. Bir gün sonra əməliyyat olunub./Qafqazinfo/

  • Related Posts

    Pantomima Teatrına təyin olunan direktorun kimliyi məlum oldu

    Azərbaycan Dövlət Pantomima Teatrına təyin olunan direktorun kimliyi məlum olub. Teatrın sabiq direktoru əməkdar artist Elman Rəfiyevin öz ərizəsi ilə işdən çıxması barədə məlumat yeni üzə çıxsa da, onun işdən…

    Əməkdar mədəniyyət işçisi Rasim Dərgahzadə vəfat edib

    Azərbaycan və Rusiya Kinematoqrafçılar İttifaqlarının üzvü, Rusiyanın Əməkdar mədəniyyət işçisi Rasim Dərgahzadə vəfat edib. “Report” xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqından bildirilib. R.Dərgahzadə ömrünün 82-ci ilində dünyasını dəyişib.…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik