UEFA “Qarabağ”ın rəqibini cərimələdi

UEFA “Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsində rəqiblərindən olan “Malmö” klubunu cərimələyib.

Qaynarinfo-nun  xəbərinə görə, buna İsveç təmsilçisinin evdə Çexiyanın “Sparta” komandasına qarşı keçirdiyi Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçında yaşananlar səbəb olub.

Azarkeşlər sözügedən qarşılaşmada pirotexniki vasitələrdən istifadə ediblər. “Malmö” buna görə 38 000 avro ziyana düşüb.

Qarşılaşma Skandinaviya klubunun məğlubiyyəti ilə bitib – 0:2. Cavab görüşündə də eyni hesabla uduzan ölkə çempionu Çempionlar Liqası ilə vidalaşıb.

“Qarabağ” bu komanda ilə oyununu oktyabrın 3-də, saat 20:45-də Bakıda keçirəcək.

Mirməmməd Ağayev

Related Posts

Millətlər Liqası: Millimiz Santuşun debüt oyununda uduzdu

Futbol üzrə milli komandamız bu gün UEFA Millətlər Liqasında mübarizəyə başlayıb. Qaynarinfo xəbər verir ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv Bakıda İsveç seçməsini qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda…

Ronaldo futbol tarixində 900 rəsmi qol vuran ilk futbolçu oldu

Futbol üzrə UEFA Millətlər Liqasında Portuqaliya – Xorvatiya oyununda ilk hissə başa çatdı BAKU.WS xəbər verir ki, Portuqaliya millisi fasiləyə 2-1 hesabla üstün yollanıb. Onların 2-ci qolunu isə Kristiano Ronaldo…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Yazarlar

“Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

“Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik