Qarabağ Universitetinin tələbələri nə vaxt Xankəndiyə aparılacaq?

Tədris ilinin başlamasına sayılı günlər qalıb. Azərbaycanda ilk dəfə tələbə qəbulu aparılan Qarabağ Universiteti hazırda diqqət mərkəzindədir. Əsas maraq doğuran mövzulardan biri isə tələbələrin necə köçürüləcəyi, onları neçə nəfərin müşayiət edə biləcəyi ilə bağlıdır.

Bu barədə Qarabağ Universitetindən Modern.az-a məlumat verilib.

Bildirilib ki, tələbələrin universitetə köçürülməsi zamanı onları 2 nəfər ailə üzvü müşayiət edə biləcək.

Tələbələrin növbəti həftələrdə Xankəndiyə aparılması planlaşdırılır. “15-16 sentyabr tarixlərində tələbələrimizin Xankəndi şəhərinə aparılması, onların universitetimizlə tanış edilməsi, tələbələr üçün ayırdığımız mənzillərdə yaşayışlarının təmin edilməsini düşünürük”, – Qarabağ Universitetinin rektoru Şahin Bayramov müsahibəsində deyib.

Qeyd edək ki, ilk tədris ilində Qarabağ Universitetində 1104 tələbə təhsil alacaq.

  • Related Posts

    Şuşa sakinləri ölkə başçısına müraciət etdi: Bizim xahişimizə məhəl qoyan yoxdur

    Şuşa sakinlərinin ölkə başçısına etdiyi müraciət redaksiyamıza təqdim edilib.   Müraciətdə deyilir: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Surətləri: Azərbaycan Respublikasının Baş Naziri cənab Əli Əsədova Azərbaycan Respublikası Qaçqınlar və məcburi…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik