Tunisdə prezidentliyə namizəd həbs edildi

Tunisdə prezidentliyə namizədi Ayachi Zammel rəhbərlik etdiyi “Azimun” partiyasının ehtiyacları üçün sponsor tapmaqda saxtakarlıq ittihamı ilə həbs edilib.

Musavat.com xəbər verir ki, bu barədə “Mosaique FM” radiostansiyası məlumat yayıb. 

Zammel bazar ertəsi Milli Qvardiya əməkdaşları tərəfindən saxlanılıb. Bu iş üzrə məhkəmə dinləməsi 5 sentyabrda keçiriləcək.

2 sentyabrda Müstəqil Seçkilərin Keçirilməsi üzrə Ali Orqanın sədri Faruq Buaskar 6 oktyabrda keçiriləcək seçkilərə qatılmasına icazə verilən üç şəxsin adlarını açıqlayıb. Bunlar keçmiş deputatlar Zuheyr Mağzaui və Ayachi Zammel, həmçinin hazırkı dövlət başçısı Qais Səiddir.

Seçki kampaniyası 14 sentyabrda başlayacaq.

Tunisdə əvvəlki prezident seçkiləri 2019-cu ilin payızında keçirilmişdi. Seçkilərin nəticələrinə görə, müstəqil namizəd kimi iştirak edən Səid ikinci turda seçicilərin 72,71% səsini toplayaraq “Tunisin Ürəyi” partiyasının nümayəndəsi Nabil Karuiyə qalib gəlmişdi.

  • Related Posts

    Yer kürəsinin atmosferinə asteroid daxil olub

    Bakı vaxtı ilə 20:45-də ölçüsü təxminən bir metr olan asteroid Yer kürəsinin atmosferinə 63 min km/saat sürətlə daxil olub. Nəşr qeyd edib ki, proqnozlara görə, kiçik asteroid atmosferdə yanıb, onun…

    ABŞ-da bomba düzəldən erməni Ermənistanda sığınacaq tapıb

    Çikaqo Universitetinin 21 yaşlı tələbəsi Aram Branson (erməni əsilli) azərbaycanlılara qarşı istifadə etməyi planlaşdırdığı bombaları hazırlamaqda ittiham olunur. Bu barədə ABŞ-da çıxan “Chikaqo Suntimes” qəzeti məlumat yayıb. Onun fəaliyyəti ötən…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik