Gürcüstanda müxalif “Vahid Milli Hərəkat” partiyasının üzvü olan deputat İrakli Edzqveradze saxlanılıb. O, narkotik cinayəti işi çərçivəsində kriminal polisin işinə mane olmaqda günahlansırılır.
Musavat.com xəbər verir ki, bu barədə “Rustavi 2” telekanalı məlumat yayıb.
“Vahid Milli Hərəkat” hərəkat partiyası hüquq-mühafizə orqanlarının deputata hücum etdiyini iddia edir.
Edzgveradze xırda xuliqanlıq və polisin qanuni əmrinə tabe olmamaq ittihamı ilə inzibati qaydada həbs edilib.