3 May – Türkçülük gününün gerçək tarixi

Bu gün 3 may – Türkçülük Günüdür. Dünya türklərinin hər il qeyd etdiyi bu günün tarixi ilə bağlı müxtəlif iddialar var.

Axar.az xəbər verir ki, Aqil Səmədbəylinin iddiasına görə, indiki təqvimlə 3 may tarixinə təsadüf edən gündə Qaramanoğlu Məhmət bəy türk dili ilə bağlı bir fərman imzalayıb.

Lakin hazırda Azərbaycan və Türkiyədəki milliyyətçi ictimaiyyət arasında daha çox populyar olan versiya başqadır. Həmin versiyaya görə, bu bayramın səbəbi Türkiyənin böyük şairi Hüseyn Nihal Adsızın iştirakı ilə keçirilən məhkəmə prosesi olub.

3 May bayramının təməlində II Dünya müharibəsi dayanır. 1940-cı illərin əvvəllərində müharibəyə qatılmaq istəməyən, bunun üçün müxtəlif bəhanələr gətirən Türkiyə hökuməti bir tərəfdən də faşist Almaniyası ilə əlaqələri pozmamağa çalışırdı.

Həmin vaxt Türkiyənin baş naziri olmuş Şükrü Saracoğlu 5 avqust 1942-ci ildə parlamentdə çıxışı zamanı türkçülük idealarına toxunaraq, sosializm iddialarını rədd etmişdi:

“Biz türkük, türkçüyük və daima belə qalacağıq. Bizim üçün türkçülük bir qan məsələsi olduğu qədər bir vicdan, mədəniyyət məsələsidir. Biz azalan və ya azaldan türküçlərdən deyilik, çoxalan və çoxaldan türkük”.

Bu hadisədən sonra Nihal Adsız hökumətdə kommunist kadrların yerləşdirildiyi fikrindən dönmür və baş nazirə açıq məktub yazır. Bu məktublarda şairin şikayət etdiyi adlar arasında təhsil naziri Əli Yücel, Sədrəddin Cəlal Antel, Əhməd Cavad Əmrə və Səbahəddin Əlinin də adı olur.

Nihal Adsızın məktubundan sonra Səbahəddin Əli onu məhkəməyə verir. İlk məhkəmə prosesi 26 aprel 1944-cü ildə başlasa da, sonra Türkçülük Bayramı kimi qeyd olunacaq günə – 3 maya ertələnir.

İrqçilik iddiası məhkəmələrə çəkilən şairin tərəfdarları – 3 may 1944-cü ildə böyük etiraz nümayişi keçirir. Sonradan “Ankara nümayişi” adını alan həmin yürüşü anmaq məqsədi ilə qutlamalar təşkil olunub. İlk dəfə 3 may 1945-ci ildə türk dünyasının böyük isimləri Nihal Adsız, Zəki Vəlidi Toğan, Nejdət Sançar və Rəha Oğuz Türkqan başda olmaqla 10 məhkum Topxana hərbi həbsxanasında bu günü bayram kimi qeyd edib.

1945-ci ilin 29 martınadək davam edən məhkəmə prosesində Türkiyə siyasətinin 23 önəmli şəxsi haqqında “vətənə xəyanət” maddəsi ilə həbs qərarı çıxarılıb. Zəki Vəlidi Toğan, Alparslan Türkeş, Nihal Adsız, Rəha Oğuz Türkxan, Cihad Savaş Fer, Nurullah Barıman, Fəthi Tevetoğlu, Nejdət Sançar, Cabbar Şənəl və Camal Oğuz Öcal kimi milli düşüncəli insanlar həbsxanalarda ağır işgəncələr görüblər. Onlar yalnız vəkillərinin müraciətləri əsasında iki ildən sonra bəraət alıblar.

1954-cü ildən etibarən bu gün Nihal Adsızın təşəbbüsü ilə Türkçülük Günü kimi qeyd olunur. Alparslan Türkeş Milliyyətçi Hərəkat Partiyasını qurandan sonra isə bu gün daha geniş şəkildə keçirilir.

3 May – Türkçülük Günü ölkəmizdə də keçirilir.

  • Related Posts

    Azərbaycanda sabiq nazirin ölkədən çıxışına qadağa qoyuldu – FOTO

    Azərbaycanın keçmiş səhiyyə naziri Rahim Hüseynovun ölkədən çıxşı məhdulaşdırılıb. Uluyol.info Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə Bakı Kommersiya Məhkəməsinin hakimi Günayə Həşimova qətnamə çıxarıb. Rahim Hüseynovun ölkədən çıxışına “stop”…

    Həbsə gedən polkovnik susaraq kimləri qoruyub? – Sabiq rəisin işinin ŞOK TƏFƏRRÜATI

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər Şöbəsinin sabiq rəisi polkovnik Seymur Qurbanovun cinayət işində diqqət çəkən məqamlar var. Musavat.com xəbər verir ki, Seymur Qurbanov dələduzluqda və…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik