8 Mart təkcə təbrik yox, mübarizə günüdür – Bəyanat

Müsavat Partiyası Məclisinin Gender Komissiyası 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə bütün qadınları təbrik edərək gender bərabərliyi uğrunda mübarizədə hər kəsi həmrəylik nümayiş etdirməyə çağırıb.

Bəyanatda qeyd olunur ki, bu gün qadınların hüquqlarının qorunması, onların siyasi, sosial və iqtisadi həyatda bərabər iştirak imkanlarının təmin olunmasına diqqətin cəlb edilməsi üçün mühüm gündür.

Bəyanatda vurğulanır ki, Azərbaycan qadınlarının tarix boyu göstərdiyi iradə və mübarizə, ölkənin inkişafında və bərabərlik uğrunda mücadiləsində önəmli rol oynayıb. Buna baxmayaraq, qadınlar hələ də zorakılıq, gender ayrı-seçkiliyi və sosial maneələr, siyasi təzyiqlə üzləşməkdədirlər.

Müsavat Partiyası Məclisinin Gender Komissiyasının bəyanatında qeyd edilir:

1. Qadınlara qarşı zorakılıq hallarının qarşısını alınması və bu istiqamətdə hüquqi islahatlarn aparılması vacibdir.

2. Təhsil, iş və siyasət sahələrində qadınların hüquqlarını təmin etmək üçün sistemli addımlar atılmalıdır.

3. Qadınların qərar qəbuletmə prosesində iştirakı artırılmalı, onların dövlət idarəçiliyində təmsil olunması üçün şərait yaradılmalıdır.

4. Qadınların hüquqlarını qoruyan və gender bərabərliyini təmin edən qanunların qəbul edilməsi istiqamətində işlər sürətləndirilməlidir.

Müsavat Partiyası Məclisinin Gender Komissiyası öz bəyanatında xüsusilə həbsdə olan qadın jurnalistlərin azad olunmasını tələb edir.

Komissiyanın bəyanatında öz peşə fəaliyyətlətini yerinə yetirən jurnalistlərin həbs edilməsinin insan haqlarına zidd olduğu, siyasi motivlərlə həbs edilən bütün jurnalistlərin azadlığa buraxılması, söz və ifadə azadlığına qarşı təqiblərə son qoyulması tələb edilib.

Gender Komissiyası həmçinin, beynəlxalq insan hüquqları təşkilatlarını bu məsələyə diqqət yetirməyə və Azərbaycan hökumətini jurnalistlərə qarşı təzyiqləri dayandırmağa çağırıb. Komissiya hesab edir ki, bu cür hərəkətlər həm gender bərabərliyinə, həm də demokratik dəyərlərə ciddi zərbə vurur.

Müsavat Partiyası ictimaiyyəti və hüquq müdafiəçilərini də bu mövzuda birgə fəaliyyət göstərməyə dəvət edib.

Bəyanat həmçinin, beynəlxalq standartlara uyğun gender siyasətinin həyata keçirilməsinin vacibliyini önə çəkir.

Müsavat Partiyası Məclisinin Gender Komissiyası bütün cəmiyyət üzvlərini qadın hüquqlarının qorunması və gender bərabərliyinin təmin olunması üçün fəal iştirak etməyə səsləyir.

Komissiyanın bəyanatında həmçinin 8 Martın yalnız təbriklər günü deyil, həm də qadın hüquqları uğrunda mübarizənin gücləndirilməsi üçün bir platforma olduğu vurğulanıır.

“Qadın azadlığı olmadan cəmiyyətin azadlığı mümkün deyil” deyə bəyanatda qeyd olunur.

  • Related Posts

    Şəmşad Ağa həbsxanadan yazdı

    Meydan TV ilə əməkdaşlıqda günahlandırılaraq, qaçaqmalçılıq ittihamı ilə həbs olunmuş, “Arqument.az” saytının rəhbəri Şəmşad Ağayev (Ağa) hökumətyönlü mediada haqqında yazılan ittihamlara cavab verib. O, həbsdən yazdığı məktubunda hökumətyönlü mediada yazılanları…

    “Neft Daşları”nda kran dənizə düşdü: Maşinist həlak oldu

    “Neft Daşları”nda kran tarazlığını itirərək dənizə düşüb. Yenicag.az xəbər verir ki, bu barədə “Report”a SOCAR-ın “Azneft” İstehsalat Birliyindən bildirilib. Məlumata görə, bu gün saat 16:25 radələrində “Azneft” İstehsalat Birliyinin “Neft…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bu ərazilərə qar yağmağa başladı

    Bu ərazilərə qar yağmağa başladı

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik