Danışıq qabiliyyətini itirmiş xəstələr üçün yeni texnologiya

Çin alimləri danışıq qabiliyyətini itirmiş xəstələr üçün beyin-maşın interfeysi (BMI) əsasında yeni texnologiya hazırlayıblar.

Çin Beyin Tədqiqatları İnstitutu, Pekin Paytaxt Tibb Universiteti və “NeuCyber NeuroTech” şirkətinin birgə inkişaf etdirdiyi sistem beyin transplantasiyası xəstələrinin beyninə inteqrasiya edilib və uğurlu nəticələr əldə olunub. Bu texnologiya iflic olan xəstələrə kompüterləri və robot qollarını idarə etmək imkanı da verir.
Yeni “NeuCyber Matrix BMI System” adlı sistem ALS və afaziya kimi nevroloji xəstəliklər səbəbindən danışmaq qabiliyyətini itirmiş bir xəstəyə tətbiq edilib. Martın 14-də başlayan məşqlər zamanı xəstənin dil anlama bacarıqlarında sürətli inkişaf qeydə alınıb. İlk üç saatda anlama nisbəti 34% olduğu halda, zamanla bu göstərici 52%-ə yüksəlib.

Tədqiqatçılar bildirirlər ki, bu inqilabi texnologiya gələcəkdə epilepsiya, iflic, onurğa beyni zədələri və digər nevroloji xəstəliklər üçün klinik tətbiqlərdə də istifadə edilə bilər. Beyin-maşın interfeysinin sinir sistemi xəstəlikləri ilə mübarizədə böyük potensiala malik olduğu vurğulanaraq, daha geniş istifadəsi üçün araşdırmalar davam etdiriləcək.//E-saglam.az

  • Related Posts

    Saç boyaları sonsuzluğa səbəb olur? – VİDEO

    Çexiyada aparılan araşdırmalar zamanı bəzi saç boyalarının sonsuzluğa səbəb olduğu aşkarlanıb. Məlumata görə, onların tərkibində reproduktiv sağlamlıq üçün təhlükəli olan lilial adlı toksik aldehid var. Qeyd edək ki, tərkibində lilial…

    Ramazan bayramında bu qidalarla EHTİYATLI OLUN

    Ramazan Bayramı müddətində uzun müddət davam edən orucluqdan sonra şirin və ağır yeməklər tövsiyə edilmir. Musavat.com xəbər verir ki, türkiyəli diyetoloq Özgenaz Kazan bununla bağı xəbərdarlıq edib. Onun sözlərinə görə,…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik