00:00 · 06.08.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Azərbaycanın hava gücündə yeni mərhələ – Türkiyə kritik sistemi Bakıya verdiZəng yox, mesaj: İnsanlar niyə danışmaq əvəzinə yazışmağa üstünlük verir?Herkesin bir derdi var…Türkiyənin ilk qadın generalı OLDU“Məhsul” stadionu baxımsız vəziyyətdə – Meydançanı kol-kos basıb, tribunalar dağılıb – VİDEOBu tarixdən havalar dəyişir – İstilər bitirQardaş ölkənin media təmsilçiləri XankəndidəAzərbaycanlılar ən çox hansı sosial şəbəkədən istifadə edir? (YENİ SİYAHI)Tanınmış həkimin səs yazısı yayıldı – Qanunsuz pul alır?Media materialları üçün yeni gömrük qaydaları hazırlanacaqRafiq Əliyev beynəlxalq elm mükafatına layiq görüldüŞəkərin bədənə zərərləri – Mütəxəssisdən xəbərdarlıqAzərbaycanın hava gücündə yeni mərhələ – Türkiyə kritik sistemi Bakıya verdiZəng yox, mesaj: İnsanlar niyə danışmaq əvəzinə yazışmağa üstünlük verir?Herkesin bir derdi var…Türkiyənin ilk qadın generalı OLDU“Məhsul” stadionu baxımsız vəziyyətdə – Meydançanı kol-kos basıb, tribunalar dağılıb – VİDEOBu tarixdən havalar dəyişir – İstilər bitirQardaş ölkənin media təmsilçiləri XankəndidəAzərbaycanlılar ən çox hansı sosial şəbəkədən istifadə edir? (YENİ SİYAHI)Tanınmış həkimin səs yazısı yayıldı – Qanunsuz pul alır?Media materialları üçün yeni gömrük qaydaları hazırlanacaqRafiq Əliyev beynəlxalq elm mükafatına layiq görüldüŞəkərin bədənə zərərləri – Mütəxəssisdən xəbərdarlıq
Sosial

“Azəristiliktəchizat”ın keçirdiyi tenderin qalibi bu dəfə də “İdeal TM” oldu

“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti (ASC) “İdeal TM” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə satınalma müqaviləsi imzalayacaq.

Uluyol.info Qaynarinfo xəbər verir ki, “İdeal TM” QSC Xətai rayonu, Gəncə prospekti 35 ünvanında yerləşən 2 saylı qazanxananın yenidən qurulması işlərinin satın alınması ilə bağlı keçirilən tenderin qalibi seçilib.

Yenidənqurma işlərinin dəyəri 779 999,99 manat təşkil edir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “İdeal TM” QSC 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 2 010 manatdır. Hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Tiflis prospekti 44C, mənzil 0-da yerləşir. Qanuni təmsilçisi Əliyev Əfqan Tapdıq oğludur.

Açıq mənbələrdə şirkət haqqında geniş məlumat yoxdur.

Əfqan Əliyev eyni zamanda “NN Group” MMC-nin rəhbəridir. Onun barəsində 2024-cü ildə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati protokol tərtib edilib. Həmin maddə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin işə və ya xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə məsuliyyəti nəzərdə tutur.

Dövlət satınalmalarının vahid internet portalındakı məlumatlara əsasən, ötən il “Azəristiliktəchizat” ASC ilə “İdeal TM” QSC arasında ümumi dəyəri 4 390 569,55 manat olan satınalma müqaviləsi imzalanıb. Müqavilə çərçivəsində yeddi qazanxananın yenidən qurulması və modernləşdirilməsi ilə bağlı tikinti-quraşdırma, sınaq və sazlama işlərinin satın alınması nəzərdə tutulub.

“Azəristiliktəchizat” ASC-nin İdarə Heyətinin sədri İlham Mirəzliyevdir. O, 2025-ci ildən bu vəzifəni icra edir.

Uluyol.info