ABŞ-də həbsdə saxlanılan Venesuelanın keçmiş prezidenti Nikolas Maduronun həbsxanadan yeni fotoları yayımlanıb.
Musavat.com xəbər verir ki, fotolar Maduronun rəsmi sosial şəbəkə hesablarında paylaşılıb. Kadrlardakı tarixə əsasən, görüntülər 25 iyun 2026-cı ildə çəkilib. Fotolarda Maduro boz idman geyimində, gülümsəyərkən və qələbə işarəsi göstərərkən görünür. Onun əvvəlki dövrlə müqayisədə xeyli arıqladığı da diqqət çəkir.
Maduro fotoları nəvələrinə, uşaqlarına və onu dəstəkləyən insanlara ünvanladığı “kiçik sevgi və ümid hədiyyəsi” adlandırıb.
“Bilməyinizi istəyirəm ki, biz möhkəm dayanmışıq, qəlbimiz sizin sevginizlə doludur. Hər sözə, hər jestə və hər xeyir-duaya görə sonsuz təşəkkür edirik”, – deyə Maduro bildirib.
O, həyat yoldaşı Siliya Floreslə birlikdə yaxınlarına sevgilərini çatdıraraq Allaha inamlarını qoruduqlarını və “Venesuela yenidən doğulacaq” sözlərini də qeyd edib.
Maduro və həyat yoldaşı hazırda Nyu-Yorkun Bruklin rayonundakı Metropolitan Detention Center-də saxlanılır. Onlar 3 yanvar 2026-cı ildə ABŞ qüvvələrinin Karakasda keçirdiyi hərbi əməliyyat zamanı ələ keçirilərək ABŞ-yə aparılıblar. Hər ikisi ABŞ-də irəli sürülən ittihamlar üzrə özlərini təqsirli bilmirlər.
Musavat.com