00:00 · 01.09.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Hər evdə var – İllərdir otaqlarımızda bəslədiyimiz bitki ölümcül İMİŞDİM əlavə buraxılış imtahanı keçirəcək – TARİX AÇIQLANDI300 000+ qadın sahibkar kimdir?Pezeşkian: “İran ABŞ ilə münaqişənin diplomatik yolla həllində qərarlıdır”Bişkekdə İlham Əliyevlə Lukaşenko görüşdü (FOTO)“Rüfət Əzizov və ətrafı Fətullah Gülən şəbəkəsinin adamlarıdır” – Keçmiş iş yoldaşından rektora sərt ittihamlarBaş nazir imzalamışdı – Sabahdan bu qadağalar başlayırDanimarkada vikinqlər dövrünə aid ən böyük gümüş dəfinə tapılıb – FOTOMessi Argentina millisində karyerasını bitirdiAzərbaycanda itkin düşmüş şəxslər üzrə IV Beynəlxalq Konfrans keçiriləcəkAzərbaycan və İran prezidentləri Bişkekdə görüşüblər – FOTO Ridli Skottun yaradıcı üsulu – Ssenarilərini kağızda təsvir edir?Hər evdə var – İllərdir otaqlarımızda bəslədiyimiz bitki ölümcül İMİŞDİM əlavə buraxılış imtahanı keçirəcək – TARİX AÇIQLANDI300 000+ qadın sahibkar kimdir?Pezeşkian: “İran ABŞ ilə münaqişənin diplomatik yolla həllində qərarlıdır”Bişkekdə İlham Əliyevlə Lukaşenko görüşdü (FOTO)“Rüfət Əzizov və ətrafı Fətullah Gülən şəbəkəsinin adamlarıdır” – Keçmiş iş yoldaşından rektora sərt ittihamlarBaş nazir imzalamışdı – Sabahdan bu qadağalar başlayırDanimarkada vikinqlər dövrünə aid ən böyük gümüş dəfinə tapılıb – FOTOMessi Argentina millisində karyerasını bitirdiAzərbaycanda itkin düşmüş şəxslər üzrə IV Beynəlxalq Konfrans keçiriləcəkAzərbaycan və İran prezidentləri Bişkekdə görüşüblər – FOTO Ridli Skottun yaradıcı üsulu – Ssenarilərini kağızda təsvir edir?
Cəmiyyət

Azərbaycanda itkin düşmüş şəxslər üzrə IV Beynəlxalq Konfrans keçiriləcək

Azərbaycanda İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçiriləcək.

Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Bildirilib ki, builki Konfransın əsas mövzusu itkin düşmüş şəxslər məsələsinin həllində etimadın gücləndirilməsi, effektiv mexanizm və həll yollarının inkişaf etdirilməsidir.

“Builki müzakirələrin əsas istiqamətlərindən biri tərəflər arasında etimadın formalaşdırılması və möhkəmləndirilməsi olacaq. Təcrübə göstərir ki, itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsində real irəliləyiş əməkdaşlıq, şəffaflıq və dəqiq məlumatların vaxtında təqdim olunması olmadan mümkün deyil.

Bu baxımdan, itkin düşmüş şəxslər haqqında dolğun məlumatların, o cümlədən kütləvi və fərdi dəfn yerləri barədə mövcud məlumatların təqdim edilməsinin, eləcə də münaqişə tərəflərinin itkinlərin axtarılması, aşkarlanması və identifikasiyası istiqamətində birgə humanitar fəaliyyət imkanlarının müzakirəsinə xüsusi diqqət yetiriləcək”.

Məlumatda bildirilib ki, konfransın məqsədi yalnız müzakirələrlə kifayətlənməmək, etimadı və əməkdaşlığı gücləndirən, ailələrin həqiqəti bilmək hüququnun təmin olunmasına xidmət edən, məlumat mübadiləsini asanlaşdıran, həmçinin müasir məhkəmə-tibbi, DNT və texnoloji imkanların tətbiqini genişləndirən praktiki və dayanıqlı mexanizmlərin formalaşdırılmasına töhfə verməkdir.

“Dövlətlərin, beynəlxalq təşkilatların nümayəndələri, ekspertlər, ailələr və digər tərəflər bir daha Bakıda bir araya gələrək humanitar əməkdaşlığın konkret nəticələrə çevrilməsi yollarını müzakirə edəcəklər. Minlərlə ailə üçün qeyri-müəyyənlik artıq çox uzun çəkib. Etimad məlumatdan başlayır. Əməkdaşlıq cavablara aparmalıdır”, – deyə məlumatda qeyd edilib.

Azərbaycanda itkin düşmüş şəxslər üzrə IV Beynəlxalq Konfrans keçiriləcək