00:00 · 10.11.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Azərbaycan Türkiyəyə başsağlığı verdiSandu: Moldova Rusiya qazından tamamilə imtina edibİham Əliyev Türkiyə müxalifətinin lideri ilə telefonla danışdıƏrdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik etdiTuran derneği’nden Azerbaycan’ın 8 kasım Zafer gününe anlamlı kutlamaPUA mütəxəssisi, gizir Ağasadıq Aslanovun şəhadətindən 6 il ötdüOturduğunuz yerden Turancılık yapmak ne kadar kolay!İstanbul və Ankara bayrağımızla bəzəndi – FOTOAzərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər – FotoTovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır – (Foto)Milyonluq malikanələrdə yaşayan futbolçular – Evlərinin qiyməti“Makro Holdinq” Qarabağda həyatını itirmiş uşaqlara film çəkdiAzərbaycan Türkiyəyə başsağlığı verdiSandu: Moldova Rusiya qazından tamamilə imtina edibİham Əliyev Türkiyə müxalifətinin lideri ilə telefonla danışdıƏrdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik etdiTuran derneği’nden Azerbaycan’ın 8 kasım Zafer gününe anlamlı kutlamaPUA mütəxəssisi, gizir Ağasadıq Aslanovun şəhadətindən 6 il ötdüOturduğunuz yerden Turancılık yapmak ne kadar kolay!İstanbul və Ankara bayrağımızla bəzəndi – FOTOAzərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər – FotoTovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır – (Foto)Milyonluq malikanələrdə yaşayan futbolçular – Evlərinin qiyməti“Makro Holdinq” Qarabağda həyatını itirmiş uşaqlara film çəkdi
Hava

Dəhşətli bir qış gəlir – Havalar…

“Həm payızda, həm də qışın əvvəlində dünyanın orta temperaturu normadan bir qədər yüksək olacaq”.

Bu sözləri Ölkə.az-a açıqlamasında Elm və Təhsil Nazirliyi Coğtafiya İnstititunun Xəzər dənizinin coğrafiyası laboratoriyasının müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov bu il payız mövsümünün necə keçəcəyindən danışarkən deyib.

Onun sözlərinə görə, dəqiq proqnoz vermək çətindir:

“Ancaq bir məsələ var ki, qlobal istiləşmə ilə yanaşı, digər amillər də mövcuddur. Bu amillər qlobal istiləşmənin nəticələrini həm artıra, həm də azalda bilər.

Bu baxımdan El Nino hadisəsini qeyd etmək olar. Bütün dünyanın proqnoz mərkəzlərinin və Ümumdünya Meteorologiya Təşkilatının ölçmələrinə görə, El Nino-nun intensivliyi artır.

El Nino nə deməkdir? Bu, ekvatorial Sakit okeanın mərkəzi hissəsi ilə onun şərq hissəsi, yəni Cənubi Amerika sahilləri arasında həm təzyiq fərqinə, həm də temperatur göstəricilərinə əsaslanan bir hadisədir. Yəni Cənubi Amerika sahillərində ekvatorial Sakit okeanın temperaturu ilə onun mərkəzi hissəsindəki temperatur arasındakı fərq nəzərə alınır. Hazırda bu temperatur fərqi getdikcə artır və nəticədə El Nino indeksində də artım müşahidə olunur.

Bu isə onu göstərir ki, yaxın dövrdə, həm payızda, həm də qışın əvvəlində dünyanın orta temperaturu normadan bir qədər yüksək olacaq. Bu vəziyyət müxtəlif ərazilərdə fərqli şəkildə özünü göstərə bilər. Məsələn, yay aylarında Avropada çox güclü istilər müşahidə olundu. Lakin mən deyərdim ki, Azərbaycanda bu təsir özünü o qədər də qabarıq şəkildə göstərmədi.

Nəyə görə? Çünki temperaturun dəyişməsi El Nino ilə əlaqədar olsa da, digər amillər də təsir edə bilər. Buna görə də El Nino-nun yaratdığı effekt dünyanın müxtəlif bölgələrində fərqli olur. Azərbaycanda bu təsir özünü çox açıq şəkildə biruzə vermədi, amma o demək deyil ki, payızda da bu özünü biruzə verməyəcək”.

S.Səfərov qeyd edib ki, ola bilər ki, payızda temperatur normadan nəzərəçarpacaq dərəcədə yüksək olsun:

“Eyni zamanda temperaturun yüksəlməsi ilə əlaqədar ayrı-ayrı ərazilərdə lokal xarakterli, intensiv yağıntılar müşahidə oluna bilər. Bu isə sel və daşqın təhlükəsi olan ərazilərdə bu proseslərin aktivləşməsinə səbəb ola bilər.

Yekun olaraq deyə bilərəm ki, qlobal temperaturun artacağı gözlənilir. Dünyanın orta temperaturunun payız mövsümündə yüksələcəyi ilə bağlı proqnozlar mövcuddur.

Azərbaycan üçün isə vəziyyət bir qədər fərqlidir. Bizim və digər azərbaycanlı tədqiqatçıların apardıqları elmi araşdırmalara əsasən, El Nino-nun temperatur baxımından Azərbaycana təsiri o qədər də yüksək deyil. Dünyanın bəzi bölgələrində temperatur artımı daha ciddi ola bilər. Azərbaycanda isə temperaturun əsasən normaya yaxın və ya normadan bir qədər yüksək olması gözlənilir”.

Həmidə İbrahimova