ABŞ aviasiya bölmələrinin növbəli rotasiyasına baxmayaraq, Vaşinqton İranın tam yaxınlığında – Yaxın Şərqdəki hərbi bazalarda və regionda lövbər salmış hərbi gəmilərdə 230-dan çox qırıcı və hücum təyyarəsi saxlamaqda davam edir.
Musavat.com xəbər verir ki, Amerika taktiki aviasiyasının əsas hissəsi hazırda İordaniyada yerləşdirilib.
Bununla yanaşı, İsrail, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) strateji bazalarda da ABŞ-yə məxsus çoxsaylı hərbi təyyarələr döyüş hazır vəziyyətinə gətirilib.
Məlumata görə, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) Yaxın Şərqdəki bazalarında təxminən 208 qırıcı cəmləşib.
Bunların sırasına 65 ədəd F-35A/C, 64 ədəd F-15E, 61 ədəd F-16C, 12 ədəd F/A-18C/D və 6 ədəd EA-18G elektron mübarizə təyyarəsi, həmçinin zərbə gücü ilə seçilən 30 ədəd A-10 hücum təyyarəsi daxildir.
Bununla da bitmir. İrandan cənub-şərqdə, Ərəbistan dənizində döyüş növbəsi çəkən iki təyyarədaşıyan gəmidə və böyük desant gəmisində F/A-18 və F-35 modelləri daxil olmaqla, 110-dan çox modern qırıcı yerləşdirilib.
Mütəxəssislər ABŞ-nin bu qədər nəhəng aviasiya qüvvəsini birbaşa İranın ətrafında cəmləməsini regionda hər an baş verə biləcək böyük hərbi toqquşmalara hazırlıq kimi qiymətləndirirlər.
Musavat.com
