00:00 · 10.11.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Azərbaycan Türkiyəyə başsağlığı verdiSandu: Moldova Rusiya qazından tamamilə imtina edibİham Əliyev Türkiyə müxalifətinin lideri ilə telefonla danışdıƏrdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik etdiTuran derneği’nden Azerbaycan’ın 8 kasım Zafer gününe anlamlı kutlamaPUA mütəxəssisi, gizir Ağasadıq Aslanovun şəhadətindən 6 il ötdüOturduğunuz yerden Turancılık yapmak ne kadar kolay!İstanbul və Ankara bayrağımızla bəzəndi – FOTOAzərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər – FotoTovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır – (Foto)Milyonluq malikanələrdə yaşayan futbolçular – Evlərinin qiyməti“Makro Holdinq” Qarabağda həyatını itirmiş uşaqlara film çəkdiAzərbaycan Türkiyəyə başsağlığı verdiSandu: Moldova Rusiya qazından tamamilə imtina edibİham Əliyev Türkiyə müxalifətinin lideri ilə telefonla danışdıƏrdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik etdiTuran derneği’nden Azerbaycan’ın 8 kasım Zafer gününe anlamlı kutlamaPUA mütəxəssisi, gizir Ağasadıq Aslanovun şəhadətindən 6 il ötdüOturduğunuz yerden Turancılık yapmak ne kadar kolay!İstanbul və Ankara bayrağımızla bəzəndi – FOTOAzərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər – FotoTovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır – (Foto)Milyonluq malikanələrdə yaşayan futbolçular – Evlərinin qiyməti“Makro Holdinq” Qarabağda həyatını itirmiş uşaqlara film çəkdi
Cəmiyyət

“Get hara istəyirsən şikayət elə” – “Kayu” uşaq bağçası ilə bağlı İTTİHAM

“2 yaş 2 aylıq oğlum “Kayu” uşaq bağçası sayəsində “danışmağa” başladı. İlk sözü də “bolnıy sadik” oldu! Oğlum dil açdı, əli ilə alnını göstərib “bolnıy sadik” dedi. Bilmədim sevinim, yoxsa əsəbləşim”.

Uluyol.info xəbər verir ki, bu barədə valideyn Elnur Əliyev “facebook”da öz hesabından paylaşım edib. O, sözügedən uşaq bağçasında övladının başına gələn hadisədən bəhs edib:

“Hər dəfə bədəni göyərmiş halda uşağı evə gətirəndə bağçadan deyirdilər ki, narahat olmayın, yıxılıb. Bir dəfə poposunda çimdik izləri görəndə artıq şübhələndim. 2-3 saat baxçada kameraya baxsaq da, yıxılma anını tapa bilmədik. Narazılıq edəndə də deyirdilər ki, “xoşunuz gəlmir, çıxarın”. Bağça evə yaxın olduğu üçün dəyişmək istəmirdim deyə, yenə göz yumdum. Bir gün uşağın gözünü partlatdılar, bir ay sifətinin göyü çəkilmədi. Gah ayağı, gah poposu, gah əli göyərirdi uşağın. 

3 ay yayı bağçaya qoymadım. Dünən tətilindən sonra ilk gün yenə “Kayu” bağçaya apardım. Axşam uşağı götürəndə gördüm ki, bu dəfə də uşağın alnı göm-göydür və şişib. Soruşuram ki, “bu nədir, ilk gündən yenə uşağın alnı göyərib?” Artıq sizdən şikayət edəcəm dedim. Və o məşhur sözü dedilər: “Gedin, hara istəyirsiz şikayət edin.”

Ən dəhşətlisi isə evə gələndə üzə çıxdı, uşaq boynuna qədər nəcis içində idi. Səhər evdən çıxanda geyindirdiyimiz pampersi 7 saat ərzində bir dəfə də olsun dəyişməyiblər, uşağı 7 saat sidik və nəcis içində saxlayıblar.

Zəng edib deyirəm ki, sizi Təhsil Nazirliyinə şikayət edəcəm, belə bağça olmaz, lisenziyanız ləğv olunmalıdır. Gülə-gülə deyir ki, “Allah köməyiniz olsun, hara istəyirsiz şikayət edin.”

Kayu uşaq bağçasına aylıq 300-400 manat xərcləməyə dəyməz. Əgər övladınızdan bezməmisinizsə, qətiyyən məsləhətli yer deyil. Təhsil nazirliyində adamları olmasa, bu cür bağçalar bir gün belə fəaliyyət göstərə bilməzdi…”

ULUYOL.İNFO