00:00 · 13.09.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Siyasət

İsveçdə seçki GÜNÜDÜR

İsveçdə parlament seçkiləri keçirilir.

Uluyol.info xəbər verir ki, Maqdalena Anderssonun Sosial Demokratlar Partiyasının rəhbərlik etdiyi mərkəz-sol müxalifət, son həftələrdə fərq azalsa da, Baş nazir Kristerssonun sağçı bloku üzərində cüzi bir üstünlüyü qoruyub saxlayır.

Seçkilərin əsas intriqası hökumətdə ifrat sağçı İsveç Demokratlarının iştirakı ola bilər. Sağçı blok qalib gələrsə, Kristerssonun rəhbərlik etdiyi dörd partiyalı kabinet yaratmaq barədə razılığa gəliblər. Nəticə, həmçinin, əsasən Liberalların 4% həddini aşıb-aşmamasından asılıdır.

Hər iki blok Ukraynaya dəstək və müdafiənin gücləndirilməsini müdafiə edir. Lakin miqrasiya, sosial xərclər, vergilər və yeni nüvə reaktorlarının tikintisi məsələlərində fərqli mövqedədirlər.