00:00 · 21.10.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
İsrail İrana qarşı yeni əməliyyat hazırlayır? – Netanyahu Trampla danışdıMessi və Ronaldu bütün dövrlərin ən yaxşısı adına namizədlər arasındaAlberta əyaləti Kanadanın tərkibində qalacaq – referendumÇempionlar Liqası: “Sabah” “Borussiya”ya minimal hesabla uduzdu Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib – Fotolar“Qarabağ” və “Neftçi” cərimələndiİşə qəbul olunmaq istəyənlər bunu mütləq etsin – 7 vacib addımİran Bəlucistana ordu göndərib “Atama işgəncə verildi, dişləri, dırnaqları çıxarıldı” – Rəşidə BehbudovaFransada etirazlar: Zaxarova Makronu BELƏ ƏLƏ SALDIKarabağ gazisi Atilla Yumak Turan gençliğiyle buluşduTaksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?İsrail İrana qarşı yeni əməliyyat hazırlayır? – Netanyahu Trampla danışdıMessi və Ronaldu bütün dövrlərin ən yaxşısı adına namizədlər arasındaAlberta əyaləti Kanadanın tərkibində qalacaq – referendumÇempionlar Liqası: “Sabah” “Borussiya”ya minimal hesabla uduzdu Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib – Fotolar“Qarabağ” və “Neftçi” cərimələndiİşə qəbul olunmaq istəyənlər bunu mütləq etsin – 7 vacib addımİran Bəlucistana ordu göndərib “Atama işgəncə verildi, dişləri, dırnaqları çıxarıldı” – Rəşidə BehbudovaFransada etirazlar: Zaxarova Makronu BELƏ ƏLƏ SALDIKarabağ gazisi Atilla Yumak Turan gençliğiyle buluşduTaksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Cəmiyyət

Jurnalist Aynur Elgünəşin vəziyyətinin kritik olduğu bildirilir

“Meydan TV”nin həbsdə olan baş redaktoru Aynur Elgünəşin vəziyyətinin kritik olduğu bildirilir. Yaxınlarının sözlərinə görə, jurnalist Müalicə Müəssisəsinə aparılmalı olduğu halda qərar gecikdirilir.

“USM həkimi 3 dəfə onu müayinə edib və hər dəfə eyni diaqnoz qoyulub ki, böyrəyi sıradan çıxmaq üzrədir, təcili müdaxilə olunmalıdır. Müalicə Müəssisəsinə gecikdirilməsinə səbəb kimi bildirilib ki, ‘qoy, bir dəfə də həkim gəlib yoxlasın’. 3 dəfə eyni diaqnoz qoyulubsa, daha bir yoxlamaya nə ehtiyac var?!”, – deyə jurnalistin yaxınları sual edirlər.

Jurnalistin yaxınları bildirir ki, oktyabrın 14-də Aynur Elgünəşin səhhəti saxlanıldığı Bakı İstintaq Təcridxanasında pisləşib: “Təzyiqi 150/80-ə qalxıb və bənizi saralıb. Diafraqmasında sıxılma olub və nəfəs alması çətinləşib. Təzyiqi aşağı salmaq üçün dərman qəbul edib, ondan sonra isə təzyiqi normadan aşağı 80/50-yə düşüb. Aynur böyrəyindəki təzyiqə görə əziyyət çəkir, insan stabil təzyiq görmür. Belə laqeyd yanaşmanı işgəncə adlandırmaq olar”.

Elgünəşin yaxınları qeyd edir ki, Bakı İstintaq Təcridxanasında diaqnoza uyğun olaraq müalicə təyin edən həkim yoxdur.

“Müalicə almaq üçün o mütləq Müalicə Müəssisəsinə aparılmalıdır. Hər ötən gün onun əleyhinə işləyir və geridönməz fəsadlar yarana bilər. Daxildə gedən prosesin kritik olduğunu onun üzündən anlamaq olar artıq. Çəki itirib, gözləri çuxura düşüb, çox solğun görünür, tez-tez də ağrıları olur. Bu sağlamlıq məsələsidir və bunun ciddiyyətinə varmaq lazımdır. Nəyi gözləyirlər, anlamırıq. Biz yaxınları olaraq Aynur Elgünəşin səhhəti ilə bağlı həyəcan təbili çalırıq”, – deyə jurnalistin yaxınları narahatlıqlarını ifadə ediblər.

Meydan TV