00:00 · 21.10.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
İsrail İrana qarşı yeni əməliyyat hazırlayır? – Netanyahu Trampla danışdıMessi və Ronaldu bütün dövrlərin ən yaxşısı adına namizədlər arasındaAlberta əyaləti Kanadanın tərkibində qalacaq – referendumÇempionlar Liqası: “Sabah” “Borussiya”ya minimal hesabla uduzdu Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib – Fotolar“Qarabağ” və “Neftçi” cərimələndiİşə qəbul olunmaq istəyənlər bunu mütləq etsin – 7 vacib addımİran Bəlucistana ordu göndərib “Atama işgəncə verildi, dişləri, dırnaqları çıxarıldı” – Rəşidə BehbudovaFransada etirazlar: Zaxarova Makronu BELƏ ƏLƏ SALDIKarabağ gazisi Atilla Yumak Turan gençliğiyle buluşduTaksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?İsrail İrana qarşı yeni əməliyyat hazırlayır? – Netanyahu Trampla danışdıMessi və Ronaldu bütün dövrlərin ən yaxşısı adına namizədlər arasındaAlberta əyaləti Kanadanın tərkibində qalacaq – referendumÇempionlar Liqası: “Sabah” “Borussiya”ya minimal hesabla uduzdu Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib – Fotolar“Qarabağ” və “Neftçi” cərimələndiİşə qəbul olunmaq istəyənlər bunu mütləq etsin – 7 vacib addımİran Bəlucistana ordu göndərib “Atama işgəncə verildi, dişləri, dırnaqları çıxarıldı” – Rəşidə BehbudovaFransada etirazlar: Zaxarova Makronu BELƏ ƏLƏ SALDIKarabağ gazisi Atilla Yumak Turan gençliğiyle buluşduTaksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Mövqe

SEPAH-ın məşhur generalından İsrailə XƏBƏRDARLIQ – “Sabah çox gec olacaq…”

Musavat.com xəbər verir ki, bu barədə məlumat İsrail mediasında yer alıb.

“Siz Livanı tərk etməlisiniz. Bu ölkə müqavimət və dözümlülük meydanıdır, işğalçılar üçün oyun meydançası deyil. Əgər bu gün öz xoşunuzla getməsəniz, sabah rüsvayçı və məğlub şəkildə qaçmalı olacaqsınız”, – deyə Qaaninin bəyanatında qeyd olunub.

İranlı general öz bəyanatında 2000-ci ili və Həsən Nəsrullahın Bint-Cübeyldəki tarixi vəsiyyətini unutmamağa çağırıb, bu vədin hələ də qüvvədə olduğunu və oxşar mənzərənin mütləq təkrarlanacağını iddia edib.

Bu hədələyici bəyanat İranın ABŞ ilə davam edən sülh danışıqlarında Livan mövzusunu əsas şərtlərdən biri kimi daxil etməyə çalışdığı aktiv diplomatik təmaslar fonunda səslənib.

İsrailin müdafiə naziri İsrael Katz isə Qaaninin bu təhdidlərinə dərhal reaksiya verib və SEPAH komandanının son vaxtlar yəhudi dövlətinə qarşı hədələrini “tezləşdirdiyini” diqqətə çatdırıb.

Katz ironiya ilə qeyd edib ki, əvvəllər mediada Qaaniyə yapışdırılan “İsrail kəşfiyyatının əməkdaşı” obrazı ona bu növbəti və gülünc hədələr silsiləsindən daha çox yaraşırdı.

“Hər bir halda, İran İsrailə hücum edərsə, bu, onun bu günə qədərki ən böyük səhvi olacaq. Belə bir vəziyyətdə onlara nə Hörmüz boğazı, nə də dinc əhalini atəşə tutmaq kömək edə bilməyəcək. Bizi heç nə dayandıra bilməz, ordumuz bu işi sona qədər çatdırmağa tam hazırdır”, – deyə İsrailin müdafiə naziri vurğulayıb.