Xəstəxanaya yerləşdirilən Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlandı
Xalq şairi Nəriman Həsənzadənin ağır vəziyyətdə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirildiyi bildirilib.
Oxu.Az-ın sorğusuna cavab olaraq Mərkəzi Klinik Xəstəxanadan faktı təsdiqləyiblər.
Qeyd olunub ki, N.Həsənzadə xroniki orqan çatışmazlığı diaqnozu ilə xəstəxanaya qəbul edilib.
“Bu gün saat 19:00-a olan məlumata əsasən, onun vəziyyəti ağır-stabil olaraq qalır”, – deyə məlumatda vurğulanır.