00:00 · 02.11.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Abdullah Öcalanın saxlanıldığı yer dəyişdirildi“Fənərbaxça” Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi!Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq“Neftçi” liderliyə yüksəldiXroniki yorğunluğu adi yorğunluqdan fərqləndirən əlamətlərZelenski Putinə BU ÖLKƏDƏ görüşməyi TƏKLİF ETDİƏrdoğan Cənubi Koreyaya GEDİR: 15 milyardlıq ANLAŞMAFrankfurtda xaos: Etirazçılar silah, geyim və ətir mağazalarını VURUB DAĞITDIEpşteyn qalmaqalı Şotlandiyaya da uzandı: Keçmiş şahzadə barəsində yeni araşdırmaRusiya türk dövlətidirmi: Tokayevin Ankarada verdiyi təklifin arxasında nələr dayanır? – ARAŞDIRMAMüharibəni seçən İsrail və İranla anlaşmağa çalışan SəudiyyəTuran sofrasında Afqanistan türkleri buluşduAbdullah Öcalanın saxlanıldığı yer dəyişdirildi“Fənərbaxça” Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi!Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq“Neftçi” liderliyə yüksəldiXroniki yorğunluğu adi yorğunluqdan fərqləndirən əlamətlərZelenski Putinə BU ÖLKƏDƏ görüşməyi TƏKLİF ETDİƏrdoğan Cənubi Koreyaya GEDİR: 15 milyardlıq ANLAŞMAFrankfurtda xaos: Etirazçılar silah, geyim və ətir mağazalarını VURUB DAĞITDIEpşteyn qalmaqalı Şotlandiyaya da uzandı: Keçmiş şahzadə barəsində yeni araşdırmaRusiya türk dövlətidirmi: Tokayevin Ankarada verdiyi təklifin arxasında nələr dayanır? – ARAŞDIRMAMüharibəni seçən İsrail və İranla anlaşmağa çalışan SəudiyyəTuran sofrasında Afqanistan türkleri buluşdu
İqtisadiyyat

Kartla ödənişdən imtina qanun pozuntusudur? – CƏRİMƏ AÇIQLANDI

Nağdsız ödənişlərin genişlənməsinə baxmayaraq, bəzi obyektlərdə vətəndaşların kartla ödəniş etmək istəyi qəbul edilmir və onlardan yalnız nağd pul tələb olunur. Halbuki qanunvericilik POS-terminal quraşdırılması məcburi olan obyektlər üçün müvafiq tələblər müəyyənləşdirir.

Bəs kartla ödənişdən imtina edən sahibkarları hansı cərimələr gözləyir?

Mövzu ilə bağlı konkret.az-a danışan iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, POS-terminal quraşdırılması məcburi olan obyektlərdə bu avadanlığın quraşdırılmamasına və ya POS-terminal mövcud olduğu halda nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə vergi ödəyicilərinə maliyyə sanksiyası tətbiq olunur.

Ekspertin sözlərinə görə, cərimənin məbləği təqvim ili ərzində pozuntunun neçə dəfə təkrarlandığından asılıdır.

Belə ki, pozuntuya təqvim ili ərzində ilk dəfə yol verildikdə 1000 manat, ikinci dəfə təkrarlandıqda 3000 manat, üç və daha çox dəfə baş verdikdə isə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Beləliklə, sahibkarların POS-terminal vasitəsilə ödəniş qəbulundan əsassız imtina etməsi ciddi maliyyə itkilərinə səbəb ola bilər.