00:00 · 02.11.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Abdullah Öcalanın saxlanıldığı yer dəyişdirildi“Fənərbaxça” Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi!Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq“Neftçi” liderliyə yüksəldiXroniki yorğunluğu adi yorğunluqdan fərqləndirən əlamətlərZelenski Putinə BU ÖLKƏDƏ görüşməyi TƏKLİF ETDİƏrdoğan Cənubi Koreyaya GEDİR: 15 milyardlıq ANLAŞMAFrankfurtda xaos: Etirazçılar silah, geyim və ətir mağazalarını VURUB DAĞITDIEpşteyn qalmaqalı Şotlandiyaya da uzandı: Keçmiş şahzadə barəsində yeni araşdırmaRusiya türk dövlətidirmi: Tokayevin Ankarada verdiyi təklifin arxasında nələr dayanır? – ARAŞDIRMAMüharibəni seçən İsrail və İranla anlaşmağa çalışan SəudiyyəTuran sofrasında Afqanistan türkleri buluşduAbdullah Öcalanın saxlanıldığı yer dəyişdirildi“Fənərbaxça” Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi!Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq“Neftçi” liderliyə yüksəldiXroniki yorğunluğu adi yorğunluqdan fərqləndirən əlamətlərZelenski Putinə BU ÖLKƏDƏ görüşməyi TƏKLİF ETDİƏrdoğan Cənubi Koreyaya GEDİR: 15 milyardlıq ANLAŞMAFrankfurtda xaos: Etirazçılar silah, geyim və ətir mağazalarını VURUB DAĞITDIEpşteyn qalmaqalı Şotlandiyaya da uzandı: Keçmiş şahzadə barəsində yeni araşdırmaRusiya türk dövlətidirmi: Tokayevin Ankarada verdiyi təklifin arxasında nələr dayanır? – ARAŞDIRMAMüharibəni seçən İsrail və İranla anlaşmağa çalışan SəudiyyəTuran sofrasında Afqanistan türkleri buluşdu
Araşdırma

Müharibəni seçən İsrail və İranla anlaşmağa çalışan Səudiyyə

Müharibəni seçən İsrail və İranla anlaşmağa çalışan Səudiyyə

Faktiki olaraq İsrail cəmiyyəti müharibə və qətliam gündəliyi ilə çıxış edir və bu da İsrail dövlətinin gələcəyini qaranlıq bir dönəmə sürükləyir

İsrail xalqı iqtidarla müxalifət arasında dəqiq seçim edə bilmədi.

İki blokda birləşən yəhudi partiyalarının heç biri hökümət qurmaq üçün xalqdan mandat ala bilmədi və yəhudi blokları indi hökümət qurmaq üçün ya öz aralarında anlaşmalıdırlar, ya da ərəblərlə bir araya gəlməlidirlər. Bu isə ərəbləri hökümətdə balans yaradan azınlıq gücə çevirir. Üçüncü yol isə yəhudi blokların birinin azınlıq höküməti qurmasıdır. Bütün halalrda İsraildə yeni qurulacaq hökümətin taleyi tükdən asılı olacaq və artıq İsraildə siyasi sabitlikdən danışmaq bir qədər çətin olacaq. Yəni yaxın illərdə ən azından 3 istiqamətdə müharibə aparan İsraildə qeyri-sabit siyasi mühit olacaq.

***

Bu arada, İsraildəki seçkinin diqqət çəkən bir tərəfi də var. Ərəbləri istisna edərsək, heç bir yəhudi partiyası sülh gündəliyi ilə seçkilərdə çıxış etmədi. Bu da onu göstərir ki, yəhudi cəmiyyətinin sülh gündəliyi yoxdur. Yəni faktiki olaraq İsrail cəmiyyəti müharibə və qətliam gündəliyi ilə çıxış edir və bu da İsrail dövlətinin gələcəyini qaranlıq bir dönəmə sürükləyir. Çünki Yaxın Şərqdə artan şiddətin fonunda bir neçə ildən sonra hadisələrin necə inkişaf edəcəyini proqnozlaşdırmaq faktiki olaraq mümkün deyil.

***

İsrail müharibəni seçərkən belə, siyasi birliyə sahib olmadığı halda, Səudiyyə Ərəbistanı Pakistan və Türkiyə ilə birlikdə İranla regional təhlükəsizlik sazişini müzakirə edir.

Əslində oktyabrın 26-da Tehranda Səudiyyə Ərəbistanının müdafiə naziri şahzadə Xalid bin Salmanın, Pakistan ordusunun komandanı feldmarşal Asim Munirin və Türkiyənin Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalının iştirakı ilə baş tutan yüksək səviyyəli görüş ABŞ və İsrail üçün ciddi xəbərdalıq olmalıdır. Çünki bölgədə İranın iştirakıyla ABŞ və İsrailin daxil olmadığı bir təhlükəsizlik layihəsi müzakirə olunur və bu müzakirənin başlaması belə,Trampın Yaxın Şərq siyasətinin iflasını, eyni zamanda İranla müharibədə Vaşinqtonun rəzil vəziyyətə düşdüyünü göstərir.

İsrail üçünsə təhlükə müharibədən əvvəl olduğundan daha çox böyüməyə başlayır və yaxın illərdə yəqin ki, sürətlə böyüyəcək.

Bu ona görə baş verir ki, Tramp İranla planlaşdırılmayan və ilkin hesabı tamamilə pozulan bir müharibəyə girdi. Nəticədə qorumağasöz verdiyi körfəz ölkələrini qoruya bilmədi. Bu üzdən də körfəz ölkələri ABŞ-nin daxil olmadığı təhlükəsizlik platfotmaları axtarışına çıxıblar.

Niyə ABŞ-siz? Çünki çox gec olsa da, anlamağa başlayıblar ki, ABŞ üçün bir nömrəli müttəfiq İsraildir. ərəb dövlətləri isə hardasa beşinci-altıncı dərəcəli müttəfiqlərdir.

Bütün bunlar isə İsrailin gələcək təhlükəsizlik mənzərəsini xaotik edir.

***

Deyilənə görə Tramp adminstrasiyası aralıq seçkilərindən həmən sonra İranla müharibəni bərpa edəcək və bu barədə artıq körfəz ölkələrini xəbərdar edib. Bu xəbərdalıq fonunda isə ABŞ İsrailin havadan müdafiəsini gücləndirmək üçün bu ölkəyə “Patriot” batereyaları göndərir. Ərəb ölkələrini isə İranının açıq hədəfinə çevrilməsi Vaşinqtonda heç kimin vecinə deyil.

***

Tramp Netanyahunun nominal qələbəsini öz adına çıxıb. Halbuki belə bir qələbə Hetanyahunun heç bir işinə yaramır.

Problem ondadır ki, Trampın müdafiə etdiyi heç kim seçkilərin qalibi ola bilmir. Son olaraq Tramp Braziliya seçkilərini də uduzdu. Halbuki oğul Bolconarunun qalib gəlməsi üçün hər şeyi elədi, amma olmadı. Bu da onu göstərir ki, artıq bütün dünyada siyasətçilər üçün zərərverici virusa çevrilib.

Bundan əvvəl isə Tramp Macarıstanda Orbanın qalib gəlməsi üçün hər şeyi eləmişdi. Hətta Orbanı dəstəkləmək üçün Vensi belə Budapeştə ezam eləmişdi. Amma onda da olmamışdı və Orbanın 16 illik hakimiyyəti gurultuyla çökmüşdü.

Bir il əvvəl Kanadada mühafizəkarlar liberallardan çox öndəydilər. Amma Tramp onlara dəstək verən ki, seçicilər mühafizəkarlara arxa çevirdilər. Avstraliyada da eyni vəziyyət yaşandı.

Son olaraq, yəqin ki, Tramp ən böyük zərəri özünə və Respublikaçılara vuracaq və aralıq seçkilərindən sonra Konqresi tam olaraq Demokrattlara təslim edəcək.

***

Bu arada Tramp qədər Putin də, müdafiə etdiyi bütün siyasətçilərə zərər verir. Bundan əvvəl Tramp qədər Orbanın seçkisinə zərər verən Putin daha sonra Ermənistanda qələbəni Paşinyana bəxş elədi. Bəlkə də “Üç başlı əjdəha” Putinə açıq şəkildə tapınmasydı və Rusiyadan müstəqil çıxış etsəydi, daha böyük uğur qazanardı. Moldovada da eyni şey baş verdi. Dünən isə Serbiyada Putinin daha bir əhəmiyyətli qalası yıxıldı. Böyük ehtimalla bundan sonra siyasətçilər Tramp və Putindən vəbadan qaçar kimi qaçacaqlar…

Azər Qaramanlı, poliqon.info