UEFA “Qarabağ”ın rəqibini cərimələdi

UEFA “Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsində rəqiblərindən olan “Malmö” klubunu cərimələyib.

Qaynarinfo-nun  xəbərinə görə, buna İsveç təmsilçisinin evdə Çexiyanın “Sparta” komandasına qarşı keçirdiyi Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçında yaşananlar səbəb olub.

Azarkeşlər sözügedən qarşılaşmada pirotexniki vasitələrdən istifadə ediblər. “Malmö” buna görə 38 000 avro ziyana düşüb.

Qarşılaşma Skandinaviya klubunun məğlubiyyəti ilə bitib – 0:2. Cavab görüşündə də eyni hesabla uduzan ölkə çempionu Çempionlar Liqası ilə vidalaşıb.

“Qarabağ” bu komanda ilə oyununu oktyabrın 3-də, saat 20:45-də Bakıda keçirəcək.

Related Posts

“Qalatasaray” “Fənərbağça”nı məğlub edərək yarımfinala yüksəlib

“Qalatasaray” Türkiyə Kubokunun 1/4 final mərhələsində “Fənərbağça”ya qalib gəlib. “Report” xəbər verir ki, “Ülker” stadiyonunda keçirilən matçda 2:1 hesablı qələbə qazanan “sarı-qırmızılar” yarımfinala adlayıblar. Qonaqların heyətində Viktor Osimhen dubl (10,…

“Araz-Naxçıvan” “Qarabağ”a qalib gəldi

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda “Araz-Naxçıvan” “Qarabağ”a qalib gəlib. Uluyol.info-nun məlumatına görə, “Liv Bona Dea Arena”da baş tutan matçda meydan sahibləri 1:0 hesablı qələbə qazanıblar. Felipe Santos İssuf Paroya…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Yazarlar

İmişlidəki qəzada 3 məktəbli həlak olmuşdu: Saxlanılan 14 nəfərin məhkəməsi başlayır

Bakı Bastianidir, inqilab baş vermədi

Bakı Bastianidir, inqilab baş vermədi

Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

Süni intellekt və biz: yarışaqmı, savaşaqmı