00:00 · 05.07.2026
SON DƏQİQƏ
İdman

Mərakeş 1/4 finala çıxdı

2026-cı il futbol üzrə dünya çempionatının 1/8 final mərhələsinin ilk oyununda Kanada və Mərakeş milliləri qarşılaşıblar.

Uluyol.info xəbər verir ki, ABŞ-nin Hyuston şəhərində yerləşən “NRG Stadium”da keçirilən görüşü İngiltərədən olan baş hakim Maykl Oliver idarə edib. Qarşılaşma Mərakeş millisinin 0:3 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandanın heyətində 50 və 82-ci dəqiqələrdə Azzedin Unahi fərqlənməklə dubla imza atıb. Yekun nəticəni isə 90+8-ci dəqiqədə Sufyan Rahimi müəyyənləşdirib.

Cari mundialda ilk 1/4 finalçı olan Mərakeş bu raundda Paraqvay – Fransa cütünün qalibi ilə qarşılaşacaq.

Saday

Şərh Yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir