Dövrün yeni bəlası: Sosial media asılılığından NECƏ QURTULAQ?

ABŞ-nin Miçiqan Universitetinin araşdırmasına əsasən dünya üzrə 210 milyon insan sosial mediadan asılı vəziyyətdə  yaşayır. Bu insanlar gün ərzində təxminən 5 saatdan çox vaxtlarını sosial mediada keçirirlər. 

Müasir rəqəmsal dünyada sosial media həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bununla belə, həddindən artıq aludəçilik bir çox fiziki və ruhi təhlükələr yaradır. Dünyada ən azı 210 milyon insan sosial mediadan asılı vəziyyətə düşüb. Mütəxəssislər bildirirlər ki, sosial media tətbiqləri beynin mükafat mexanizmini işə salaraq asılılıq və vərdiş yaratmaq üçün nəzərdə tutulub.

Dünyada 4,8 milyard insan hər gün sosial mediadan istifadə edir. Bu rəqəmin 2027-ci ildə 6 milyard olacağı gözlənilir. Sosial şəbəkələrdən gündə 5 saatdan çox istifadə etmək asılılığın göstəricisi hesab olunur. Bir çox gəncdə gündəlik istifadə vaxtı 9 saata qədər olur.

Orta hesabla bir insan hər gün sosial mediada 2 saat 27 dəqiqə vaxt keçirir. Sürücülərin yarıdan çoxu sükan arxasında olarkən sosial şəbəkələrdən istifadə etdiyini etiraf edir. Uşaqlarda və yeniyetmələrdə sosial mediadan həddindən artıq istifadə onların beynini sözün əsl mənasında dəyişdirə bilər.

Ən zərərlisi “İnstagram”dır!

Yeniyetmələrin təxminən 42 faizi etiraf edir ki, sosial media onların dostları ilə üz-üzə ünsiyyət qurmasına mane olur. Son sorğularda yeniyetmələrin 70 faizi sosial mediaya görə özlərini təcrid olunmuş hiss etdiklərini bildiriblər. Sosial media çağında yeniyetmələr arasında intihar halları artıb. Son 10 ildə ABŞ-da 15-24 yaş qrupunda intiharlar ikinci ən çox yayılan ölüm səbəbi olub.

Sosial media alkoqol və siqaretdən daha çox asılılıq yaradır. ABŞ-da aparılan araşdırmalara görə, “YouTube” 13-17 yaş qrupunda ən populyar platformadır. Onu “TikTok”, “Snapchat” və “Instagram” izləyir.

İngiltərədəki Kral İctimai Sağlamlıq Cəmiyyətinin araşdırmasına görə, Instagram gənclərin psixi sağlamlığına ən çox zərər verən platformadır.

Vüsal Cahanov, “İki sahil”

  • Related Posts

    Xəzərin suyu niyə qırmızı rəngə boyanıb?

    Xəzər dənizinin Qazaxıstan sahillərində suyun qırmızı rəngə boyanması yerli sakinlərin diqqətini çəkib. Məlumata görə, məsələ ilə bağlı ölkənin Mangistau əyalətinin ekologiya departamentinin mütəxəssisləri suda kimyəvi maddələrin və neft məhsullarının mövcudluğunu…

    Gülnara Kərimovaya məxsus daha 182 milyon dolların aqibəti BİLİNDİ

    İsveçrə hökuməti Özbəkistanın keçmiş prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimovanın müsadirə edilmiş aktivlərindən təxminən 182 milyon dolların Daşkəndə qaytarılmasına dair qərar qəbul edib. Musavat.com Özbəkistan Ədliyyə Nazirliyinə istinadən xəbər verir…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik