Hava şəraiti ilə bağlı sürücülərə MÜRACİƏT EDİLDİ

Hazırda müşahidə edilən güclü külək və qarlı hava şəraiti ilə əlaqədar paytaxt yollarında qəzaların baş verəcəyi (svetoforların vurulması ilə nəticələnən qəzalar da daxil) və nəqliyyat sıxlığının yaranacağı istisna edilmir.

Uluyol.info xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) müraciətində deyilir.

Bildirilir ki, yol hərəkəti iştirakçılarının rahat və təhlükəsiz hərəkəti, yarana biləcək problemlərin vaxtında qarşısının alınması üçün Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzinin əməkdaşları gücləndirilmiş iş rejiminə keçib və texniki heyətin sayı artırılıb.

“Operativliyin təmin edilməsi məqsədilə vətəndaşlardan xahiş edirik ki, paytaxt ərazisində yerləşən svetoforlarda hər hansı problemlə rastlaşdıqda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin 24 saat rejimində çalışan +994 12 404 41 22 telefon nömrəsinə məlumat versinlər”, – məlumatda qeyd edir.

  • Related Posts

    Cəbrayıl və Ağdamda mina partlayışı: Yaralılar var

    Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) əməkdaşı Cəbrayıl rayonunda minaya düşüb. Qaynarinfo xəbər verir ki, bu barədə agentlik sosial şəbəkədə məlumat yayıb. Bildirilib ki, Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində mina hadisəsi…

    Bakıda kirayə mənzillərin qiyməti hansı səbəbdən artır? (ŞƏRH)

    Bakıda kirayə mənzillərin qiyməti artıb. Bu artım ən çox şəhərin mərkəzi hissələrində müşahidə olunur. Xüsusən də şəhərin metrostansiyalarına yaxın ərazilərdə yerləşən kirayə evlərin qiymətləri kəskin artıb. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik