00:00 · 17.07.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Sabah Bakı və Lənkəranın bəzi hissələrində işıq olmayacaq“5 mindən çox ibtidai sinif müəllimi sistemdən kənarda qalıb” – Məzahir MəmmədliMəktəblərimizdə süni intellekt dövrü: müəllim və şagirdləri hansı yeniliklər gözləyir?Magistratura səviyyəsi üzrə qabiliyyət imtahanlarına hazırlaşanların NƏZƏRİNƏAİ və Ukrayna arasında dron sahəsində əməkdaşlıq razılaşması imzalanıb67 milyon illik T-reks skeleti rekord qiymətə SATILDIKüləkli hava ilə bağlı sarı xəbərdarlıqAzərbaycanda estetik görünüşün qiyməti: Hansı əməliyyat neçəyə başa gəlir?Hörmüz boğazı bağlıdırmı?DÇ finalının fasiləsi uzadılacaqFransada doğulan görkəmli Azərbaycan rəssamı – Onu başqalarından nə fərqləndirirdi?Bu gündən yeni 100 MANATLIQ əsginas dövriyyəyə buraxılır – FOTOSabah Bakı və Lənkəranın bəzi hissələrində işıq olmayacaq“5 mindən çox ibtidai sinif müəllimi sistemdən kənarda qalıb” – Məzahir MəmmədliMəktəblərimizdə süni intellekt dövrü: müəllim və şagirdləri hansı yeniliklər gözləyir?Magistratura səviyyəsi üzrə qabiliyyət imtahanlarına hazırlaşanların NƏZƏRİNƏAİ və Ukrayna arasında dron sahəsində əməkdaşlıq razılaşması imzalanıb67 milyon illik T-reks skeleti rekord qiymətə SATILDIKüləkli hava ilə bağlı sarı xəbərdarlıqAzərbaycanda estetik görünüşün qiyməti: Hansı əməliyyat neçəyə başa gəlir?Hörmüz boğazı bağlıdırmı?DÇ finalının fasiləsi uzadılacaqFransada doğulan görkəmli Azərbaycan rəssamı – Onu başqalarından nə fərqləndirirdi?Bu gündən yeni 100 MANATLIQ əsginas dövriyyəyə buraxılır – FOTO
Region

Sabah Bakı və Lənkəranın bəzi hissələrində işıq olmayacaq

Sabah paytaxt və Lənkəranın bəzi ərazilərində aparılacaq təmir-təftiş işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq.

Bu barədə  “Azərişıq” ASC-dən məlumat verilib.

Məlumata görə, gecə saat 02:00-dan 04:00-dək Buzovna qəsəbəsində Məmməd Səid Ordubadi, Mirzəağa Əliyev küçələrində və “Qoşa Qala” restoranının arxa hissəsində elektrik enerjisi təchizatı müvəqqəti dayandırılacaq.

Yasamal rayonunda saat 10:00-dan 13:00-dək Əbüdrəhim bəy Haqverdiyev, İnşaatçılar, İsmayıl bəy Qutqaşınlı, Abbas Mirzə Şərifzadə, Mirəli Seyidov və Nazim Hikmət küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq.

Keşlə qəsəbəsində Nizami Abdullayev, Mirzə Ələkbər Sabir, Yenikənd, Mətləb Ağayev və 1-ci Köndələn küçələrinin bir hissəsində saat 10:00-dan 14:00-dək elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Zabrat qəsəbəsində Mehdi Hüseynzadə, Nəsibə Zeynalova, Murad Mirzəyev, Aşıq Ələsgər, Hüseyn Cavid, Şövkət Əhmədov və Köhnə Tramvay küçələrində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.

Bölgələrdən Lənkəranın Kosalar, Hirkan, Siyavar, Vel, Daştalığcar, Parakənd, Mamusta, Bala Şükür, Gərmətük kəndlərində aparılacaq təmir və sazlama işləri ilə əlaqədar saat 10:00-dan 14:00-dək elektrik enerjisi verilişi müvəqqəti kəsiləcək.

Qurumdan bildirilib ki, aparılan yenidənqurma və təmir-bərpa işləri yekunlaşdıqdan sonra adı çəkilən ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaq.

Şərh Yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir