00:00 · 01.09.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Hər evdə var – İllərdir otaqlarımızda bəslədiyimiz bitki ölümcül İMİŞDİM əlavə buraxılış imtahanı keçirəcək – TARİX AÇIQLANDI300 000+ qadın sahibkar kimdir?Pezeşkian: “İran ABŞ ilə münaqişənin diplomatik yolla həllində qərarlıdır”Bişkekdə İlham Əliyevlə Lukaşenko görüşdü (FOTO)“Rüfət Əzizov və ətrafı Fətullah Gülən şəbəkəsinin adamlarıdır” – Keçmiş iş yoldaşından rektora sərt ittihamlarBaş nazir imzalamışdı – Sabahdan bu qadağalar başlayırDanimarkada vikinqlər dövrünə aid ən böyük gümüş dəfinə tapılıb – FOTOMessi Argentina millisində karyerasını bitirdiAzərbaycanda itkin düşmüş şəxslər üzrə IV Beynəlxalq Konfrans keçiriləcəkAzərbaycan və İran prezidentləri Bişkekdə görüşüblər – FOTO Ridli Skottun yaradıcı üsulu – Ssenarilərini kağızda təsvir edir?Hər evdə var – İllərdir otaqlarımızda bəslədiyimiz bitki ölümcül İMİŞDİM əlavə buraxılış imtahanı keçirəcək – TARİX AÇIQLANDI300 000+ qadın sahibkar kimdir?Pezeşkian: “İran ABŞ ilə münaqişənin diplomatik yolla həllində qərarlıdır”Bişkekdə İlham Əliyevlə Lukaşenko görüşdü (FOTO)“Rüfət Əzizov və ətrafı Fətullah Gülən şəbəkəsinin adamlarıdır” – Keçmiş iş yoldaşından rektora sərt ittihamlarBaş nazir imzalamışdı – Sabahdan bu qadağalar başlayırDanimarkada vikinqlər dövrünə aid ən böyük gümüş dəfinə tapılıb – FOTOMessi Argentina millisində karyerasını bitirdiAzərbaycanda itkin düşmüş şəxslər üzrə IV Beynəlxalq Konfrans keçiriləcəkAzərbaycan və İran prezidentləri Bişkekdə görüşüblər – FOTO Ridli Skottun yaradıcı üsulu – Ssenarilərini kağızda təsvir edir?
Manşet

“5 mindən çox ibtidai sinif müəllimi sistemdən kənarda qalıb” – Məzahir Məmmədli

“Azərbaycanda təxminən 10 min sertifikasiyadan keçməyən müəllim var”. 

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.

Məzahir Məmmədli təhsil texnoloqu Şəmil Sadığın ikinci sinifdən sonra bəzi fənlərin ixtisas müəllimləri tərəfindən tədris olunması ilə bağlı təklifini ümumilikdə dəstəkləsə də, bunun gecikmiş təşəbbüs olduğunu düşünür. Onun fikrincə, müəllimlərin sertifikatlaşdırılması nəticəsində bu problemin böyük hissəsi artıq aradan qaldırılıb. 

Məzahir Məmmədli bildirib ki, Şəmil Sadığın səsləndirdiyi fikirlərdə müəyyən həqiqətlər var:

“Amma hesab edirəm ki, bu, bir qədər gecikmiş təşəbbüsdür. Çünki sertifikatlaşdırmanın ikinci mərhələsində uğur qazana bilməyən 10 minə yaxın müəllim artıq sistemdən kənarda qalıb”. 

Ekspert qeyd edib ki, həmin müəllimlərin təxminən 5 mindən çoxu ibtidai sinif müəllimləri olub:

“Onların əksəriyyəti sovet dövründə fəaliyyət göstərən pedaqoji texnikumların məzunları idi. Təəssüf ki, bir qismi müasir təhsil standartlarına uyğun bilik və bacarıqlara malik deyildi. Bu baxımdan Şəmil Sadığın fikri ilə razıyam. Belə müəllimlərin bir hissəsi ikinci sinifdən sonrakı mərhələdə riyaziyyat kimi fənlərin tədrisində çətinlik çəkirdi”. 

Ekspert bildirib ki, bunun nəticəsində şagirdlər yuxarı siniflərə keçid zamanı adaptasiya problemləri yaşayırdılar:

“Artıq sertifikatlaşdırma tətbiq edildikdən sonra bu kateqoriyadan olan müəllimlərin əhəmiyyətli hissəsi sistemdən kənarda qalıb. Müəllimlərin İşə Qəbulu imtahanlarının nəticələri də göstərir ki, müasir standartlara cavab verməyən şəxslər artıq məktəblərdə işləyə bilmirlər. Ona görə də Şəmil Sadığın təşəbbüsünü müsbət qiymətləndirirəm. Sadəcə hesab edirəm ki, bu təklif illər əvvəl irəli sürülməli idi. Çünki həmin problemlərin böyük hissəsi artıq həllini tapıb”. 

Xatırladaq ki, təhsil texnoloqu Şəmil Sadıq ibtidai sinif müəllimlərinin bir hissəsinin, xüsusilə riyaziyyat fənni üzrə hazırlıq səviyyəsinin qənaətbəxş olmadığını bildirib. O hesab edir ki, ikinci sinifdən sonra bəzi fənlərin ixtisas müəllimləri tərəfindən tədris olunması daha məqsədəuyğun olar. 

Bahar Rüstəmli