ABŞ-də yoxsul ölkələrə yardım agentliyi ləğv edilə bilər

  • Dünya
  • Aprel 24, 2025
  • 0 Comments

ABŞ Prezidenti Donald Trampın administrasiyası yoxsul ölkələrin inkişafına cavabdeh olan agentliyi ləğv edə bilər.

“Report” xəbər verir ki, bu barədə “The New York Times” (NYT) mənbələrə istinadən məlumat yayıb.

“Biz başa düşürük ki, DOGE (Hökumətin Effektivliyi Departamenti) komandası tezliklə agentliyin işçi ştatını əhəmiyyətli dərəcədə azaldacaq”, – çərşənbə axşamı qurumun əməkdaşlarına göndərilən elektron məktubda deyilir.

Nəşrin məlumatına görə, “Millennium Challenge Corporation” (MCC) müstəqil agentliyinin əməkdaşlarına İlon Maskın başçılıq etdiyi DOGE komandasının səfərindən sonra təşkilatın ştatının xeyli ixtisar ediləcəyi barədə bildirişlər göndərilib.

Qeyd olunur ki, Ağ Ev hələlik qurumda nəzərdə tutulan ixtisarlara münasibət bildirməyib.

Xatırladaq ki, MCC 2004-cü ildə Prezident Corc Buş tərəfindən yoxsul ölkələrə yardım göstərmək üçün yaradılıb.

  • Related Posts

    • Dünya
    • May 19, 2025
    • 11 views
    Avropa 150 milyardlıq silahlanmaya keçir – ABŞ narahatdır

    Məlum olduğu kimi, Avropa İttifaqı (Aİ) 2025-ci ilin may ayında “Avropanın Təhlükəsizlik Fəaliyyəti” (SAFE) adlı 150 milyard avroluq müdafiə fondu yaradıb. Fonddan Aİ üzvü olan ölkələr və seçilmiş qeyri-Aİ dövlətləri,…

    Hindistan, yoxsa Pakistan? – Hərbi güclərin müqayisəsi nə deyir?

    Aprelin 22-də Cammu və Kəşmirin Pahalqam bölgəsində 26 dinc sakinin həyatına son qoyan terror hücumundan sonra Hindistan və Pakistan arasında gərginlik yenidən artıb. Bundan sonra Hindistan hökuməti bir sıra cavab…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik