
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Bakıdakı səfirliyi sosial media hesabında maraqlı bir paylaşım edib.
Musavat.com xəbər verir ki, səfirlik rəsmi səhifəsində ABŞ-ın Daxili Təhlükəsizlik məsələləri üzrə katibi Kristi Noemin açıqlamasına yer verib:
“Amerikaya qeyri-qanuni şəkildə daxil olmağı heç ağlınızdan belə keçirməyin.”
Xatırladaq ki, bu ilin yanvar ayında Donald Trampın ABŞ prezidenti kimi ikinci müddətə vəzifəyə başlamasından sonra o, qeyri-qanuni miqrantların kütləvi deportasiyasına dair sərəncam imzalayıb. Bu çərçivədə ABŞ-dan çıxarılacaq şəxslər arasında 709 Azərbaycan vətəndaşının da olduğu bildirilir.
Xalidə Gəray
Musavat.com