“AbzasMedia” jurnalistlərinə 9 ilədək həbs kəsildi

  • Media
  • İyun 20, 2025
  • 0 Comments

AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadəyə 9 il həbs cəzası kəsilib. İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.

Eyni hökmlə “AbzasMedia” nəşriylə bağlı cinayət işi üzrə həbsdə olan daha altı jurnalistə də ağır cəzalar verilib. Onlardan nəşrin təsisçisi Ülvi Həsənli və baş redaktoru Sevinc Abbasova (Vaqifqızı) 9 il, əməkdaşı Məhəmməd Kekalov 7 il 6 ay, “Turan” İnformasiya Agentliyinin redaktoru Hafiz Babalı 9 il, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova 8 il azadlıqdan məhrum edilib.

Rasim Sadıxovun sədrlik etdiyi hakimlər kollegiyası iddia edir ki, adları çəkilən jurnalistlərə qarşı irəli sürülmüş qanunsuz sahibkarlıq, qaçaqmalçılıq, cinayət yoluyla əldə edilmiş əmlakın leqallaşdırılması, vergidən yayınma kimi ittihamlar məhkəmədə sübut olunub.

Hökmdən öncə son sözlərini deyən jurnalistlər isə bildiriblər ki, bu ittihamların hamısı saxtadır. Onların həbsinin yeganə səbəbi jurnalist fəaliyyətləri, xüsusilə hakim ailə də daxil olmaqla, hakimiyyətdə təmsil olunan şəxslərin korrupsiya əməllərini ifşa etmələridir.

  • Related Posts

    • Media
    • İyul 10, 2025
    • 8 views
    Azərbaycanlı hərbi jurnalist vəfat etdi

    Hərbi jurnalist Gülbəniz Arifqızı vəfat edib. Bu barədə sosial şəbəkədə məlumat paylaşılıb. Gülbəniz Arifqızı onkoloji xəstəlikdən dünyasını dəyişəcək. O, sabah Bakıxanov qəbiristanlığında atasının yanında dəfn olunacaq. Gülbəniz Arif qızı 1…

    • Media
    • Aprel 29, 2025
    • 164 views
    “Abzas Media” işi: Ülvi Həsənli məhkəmədə soruşdu ki, çöldə adam qalıb?

    Bu gün “Abzas Media”nın şərlənərək həbs olunan təmsilçiləri və jurnalistlərinə qarşı məhkəmə prosesi davam etdi. Məhkəməyə ittiham tərəfinin gətirdiyi şahidlərin heç biri prokurorun istədiyi ifadəni vermədi. Əksinə jurnalistlərin günahsız olduğunu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik