Ağsu Rayon Mərkəzi Xəstəxanasında xəstələrin saatlarla koridorda gözlədilməsi narazılıq doğurur – vətəndaş şikayəti

  • Region
  • İyun 21, 2025
  • 0 Comments

Ağsu rayon sakini redaksiyamıza müraciət edərək, rayon mərkəzi xəstəxanasında yaşanan vəziyyətlə bağlı narazılığını bildirib. Şikayətçinin sözlərinə görə, dəfələrlə müraciət etməsinə baxmayaraq, xəstəxana rəhbərliyi və TƏBİB tərəfindən heç bir tədbir görülməyib.

“Xəstəm olduğuna görə demək olar ki, tez-tez Ağsu Rayon Mərkəzi Xəstəxanasına getməli oluram. Təəssüf ki, hər dəfə eyni mənzərə ilə qarşılaşıram. Xəstəxananın direktoru Gülnarə Muxtarovanın ardıcıl iclas keçirməsi səbəbindən, xəstələr uzun müddət xəstəxana koridorlarında gözlədilir. Bu barədə iki dəfə şəxsi sosial media hesablarımda yazı paylaşmışam. Lakin görünür ki, yazdıqlarımdan cənab direktor Gülnarə xanım heç bir nəticə çıxarmayıb.”

Şikayətdə qeyd olunur ki, bu vəziyyət təkcə bir nəfərin deyil, bütün rayon sakinlərinin narahatlığına səbəb olur:

“Hörmətli Gülnarə xanım, xəstələrin saatlarla koridorda gözlədilməsi nə sizə, nə də TƏBİB-ə başucalığı gətirir. Bu yanaşma nəticəsində rayon sakinləri dövlətə qarşı narazı salınır, vətəndaş-dövlət münasibətlərinə xələl gəlir. İnsanlar dərdini, problemini unudub, xəstəxana divarları arasında zaman itirir.”

Şikayətçi onu da vurğulayır ki, bu vəziyyət sadəcə bir idarəçilik problemi deyil, həm də dövlətin mahiyyətinə təsir göstərən məsələdir:

“Azərbaycan dövləti, vətəndaşların xəstəxana koridorlarında təhqir olunması üçün qurulmayıb. Bu ölkənin formalaşması uğrunda on minlərlə şəhid verilib. Dövlət müqəddəsdir. Əgər vətəndaş dövlətə olan ümidini itirərsə, bu, dövlətin öz varlığını itirməsi deməkdir.”

Sonda şikayətçi Ağsu rayon sakini Anar Rəsullu aidiyyəti qurumlardan məsələyə müdaxilə etmələrini, Ağsu Rayon Mərkəzi Xəstəxanasında idarəçilikdəki nöqsanların aradan qaldırılmasını xahiş edir.

Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

  • Related Posts

    • Region
    • İyul 10, 2025
    • 7 views
    Laçında insan skeletinin qalıqları tapıldı

    Laçında insan skeletinin qalıqları tapılıb. Uluyol.info Report-a istinadən xəbər verir ki, insan sümüklərinin qalıqları rayonun Hoçaz kəndində aşkarlanıb. Belə ki, kənd sakini köhnə evlərinə qalxmaq üçün yol düzəldərkən skelet qalıqları…

    • Region
    • İyul 9, 2025
    • 14 views
    Sabah bu ərazilər 4 saat işıqsız qalacaq

    Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən Şüvəlan qəsəbəsinin bəzi yerlərində 10 iyul tarixində elektrik naqilləri yenilənəcək. Bu barədə “Azərişıq” ASC məlumat yayıb. Bildirilir ki, bununla əlaqədar…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik