Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

90-cı illər… Post-müharibə dönəmi –  kasıbçılıq, işsizlik, məğlubiyyətlilik psixologiyası, şəhid xəbərləri, ANS-in vaxtaşırı yayımladığı müharibə kadrları, “Turbo” saqqızları, “Bakkuş”, Bir Nizami, Məmmədəmin, bir az tox, bir az ac soyuq qış günləri…
Evindən çıxan başqasını aldatmağa, əlindəki pulu almağa çalışmır, fahişəliklə azadlıq arasında fərq olduqca böyükdür…
Heç kim patı çəkmir, heç kim şüşə vurmur. Bircə “7 şüşə” oyunu insanların əzbərindədir. Adamlar pulsuz olsa da ortada buraxılmır, özünü öldürmək həddinə çatdırılmır, problemi olanın yanında duruş gətirilir. Ortada qalmaq adamların yaddaşında yalnız oyundan ibarətdir. Biri ortada olur, ətrafdakılar da onu gülə-gülə aldadır. Topun sahibinin anası evə çağıran kimi, bu məmnunluq hissi növbəti dönəmə kimi ərtələnir.
Yeni il gecələrində Aygün Kazımova möhtəşəm əndamı ilə çıxır, mahnısını oxuyur. Sonra bir film gedir, ardınca oğlanla qız öpüşür. Hamı özünü itirir, “pult” harasa düşür. Qəzəblənən ata bariton səsi ilə qışqırır, hamı yatmağın vaxtı gəldiyini anlayır.
Heç kim emosional ehtiyacı üçün evini tərk etmir, boşanmağı düşünmür, bloggerlərin həyatına baxıb bihuş olmur, olanla qane olur.
Uşaqlar da atalı-analı böyüyür, sevə-sevə dəcəlliklər edir, şərəflə yetişirdirlər. Bir gün məktəbə ata gətirir, bir gün valideyn iclasına ana gəlir. İndiki kimi deyildi.  Bir sinifin yarıdan çoxunun anası-atası boşanmamışdı. Kimdəsə belə hadisə olardısa, heç kim bilmədən ailəlikcə o mühitdən köç edərdilər.
Elə ki, Bəhlul əmisiarvadı Bihteri evin bir küncündə sıxışdırmağa başladı, bax orada hormonlarımız baş qaldırdı. Nəticədə doğulan və bu gün söz sahibi olan “Z” nəslinin dişinə zəhər dəydi.
Bir az formalaşn kimi ilk növbədə dişlərini ailə institutuna batırdılar və zəhərləyib darmadağın etdilər. Qalan dəyərlərin üzərinə də çıxıb dabanları ilə əzdilər.
Efirlərdən Bihterlər namusdan, Bəhlullar qeyrətdən danışdıqca “Z” nəsli daha da dəlisov oldu.
Bu nəsildən ortaya çıxan psixoloq  “3 min manata telefon almırsa, boşan” dedi, opponentləri də “qadın süpürgədir!” deyib genəldi.
Təhsil də ardınca məhvə sürükləndi. Elə bir təhsil verildi ki, qızlar sonda blogger olmaq istədi, oğlanlar da kriminal həyatın bir nümayəndəsi.
Haradasa səhv var. Nəsə düz getmədi. Ya biz həqiqətən belə idik, ya da bizə nəsə oldu.
Hazır olun! Bloggerlərin, “Tik-Tok”erlərin zəhərli nəfəsi ilə böyüyən qorxunc bir nəsil hələ yoldadır. Dişlərində zəhər, dırnaqları iti bizə tərəf – olan qalan dəyərlərimizi parçalamaq üçün qaçaraq gəlirlər.
(aktual.az)
  • Related Posts

    “Neft Daşları”nda kran dənizə düşdü: Maşinist həlak oldu

    “Neft Daşları”nda kran tarazlığını itirərək dənizə düşüb. Yenicag.az xəbər verir ki, bu barədə “Report”a SOCAR-ın “Azneft” İstehsalat Birliyindən bildirilib. Məlumata görə, bu gün saat 16:25 radələrində “Azneft” İstehsalat Birliyinin “Neft…

    Ələsgər Məmmədli ilə bağlı qərar verildi

    Media eksperti, “Toplum TV”nin həmtəsisçisi Ələsgər Əhmədoğlu (Məmmədli) barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı məhkəməyə daxil olan vəsatətə baxılıb. Vəkil Fəxrəddin Mehdiyevin APA-ya verdiyi xəbərə görə, bu gün…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik