Ailəsi Lalə Şövkətin son durumunu AÇIQLADI

Keçmiş dövlət katibi, fəaliyyəti dayanmış Azərbaycan Liberal Partiyasının (ALP) sabiq lideri Lalə Şövkətin səhhətində müəyyən irəliləyiş var.

Bu barədə Modern.az-a açıqlamasında Lalə Şövkətin oğlu Sidqi Şövkət bildirib.

“Lalə xanımım səhhəti yaxşılaşır. Xeyli irəliləyiş var, Allaha şükür. Hazırda yeriyə bilir”,- o deyib.

Xatırladaq ki, Sidqi Şövkət bir müddət öncə saytımıza açıqlamasında anasının hərəkət qabiliyyətinin itirdiyini demişdi:

“Lalə xanım xroniki ürək xəstəliyindən əziyyət çəkir. Hazırda Bakıda ev şəraitində həkim nəzarətindədir. Səhhətində müsbətə doğru ciddi bir irəliləyiş yoxdur. Lalə xanım 2020-ci ildə ürək əməliyyatı keçirib. O vaxtdan səhhətində problemlər daha da artıb. Daimi konsultasiya olunur. Həkim nəzarəti olmasa, səhhəti daha da pisləşər”.

Lalə Şövkət Hacıyeva 1993-94-cü illərdə Azərbaycanın dövlət katibi olub. İstefa verdikdən sonra Liberal Partiyasını yaradıb. Azərbaycan Liberal Partiyası 2023-cü ildə fəaliyyətinə son verdiyi barədə bəyanat yayıb.

  • Related Posts

    Neftçalada XTQ-in giziri Elimdar Səfərovun ildönümü qeyd edildi-FOTOLAR/VİDEO

    Aprel döyüşlərindən 9 il ötür. Neftçala rayonu Aşağı Qaramanlı kəndində aprelin 4-ü XTQ-in giziri şəhid Elimdar Səfərovun ildönümü qeyd edilib. Uluyol.info xəbər verir ki, anım tədbiri Şəhidlərimizi 1 dəqiqəlik şükutla…

    Ata balasına kömək üçün yalvarır – FOTOLAR

    2 yaşlı Zərifin sizin köməyinizə ehtiyacı var. Bu barədə Oxu.Az-a onun atası Pərviz Misirov məlumat verib. O bildirib ki, övladı qan xərçəngi ilə mübarizə aparır: “Bir neçə ay əvvəl qızımın…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik