Alış-veriş qəbzini verməyən mağaza 1000 manat cərimələndi

15.8 manatlıq alışverişin çekini müştəriyə verməkdən imtina edən mağazanın sahibi 1000 manat cərimə edilib.

Vergi müfəttişi mağazaya daxil olandan sonra alış zamanı onlara kassa çeki təqdim olunmayıb. Ona RKP deyilən və notebooka bağlanmış printerdən çap olunan xırda bir çek tərtib olunub və çekdə də 4.5 manat dəyərində “Nivea” əl kremi qeyd olunub. Bundan sonra O obyektə daxil olub, xidməti vəsiqəsini xanım satıcıya təqdim edib. Satıcı ondan müdiriyyətin gözlənilməsini xahiş edib, gözləmə səlahiyyətləri olmamasına baxmayaraq, xanımın xahişini yerə salmayıb humanistlik göstərərək gözləyə biləcəklərini bildiriblər. Mağaza sahibi gəldikdən sonra kassaya baxış keçirilib. Sadəcə həmin zaman printer açıq saxlanılaraq, onunla bu barədə bir qədər sönbət etdikdən sonra kassanın fiskal yaddaşına baxış keçirərəkən baxış zamanı 4.50 manat dəyərində malın həqiqətən kassanın fiskal yaddaşına vurulmadığını görüb.

Xanım da həmin vaxt etiraf edərək çeki kasssaya vurduğunu, lakin zibil qabına atdığını bildirib. 15.80 manat dəyərində olan çek isə kassaya mədaxil olunmayıb. Vergi qanunvericiliyinı görə çek kassaya mədaxil olunmalı, geri qaytarıldığı təqdirdə isə geri qaytarma çeki olmalıdır. Onlar çekin bərpa olunmasını təklif ediblər, sonuncu isə həmin çeki bərpa etməyəcəklərini bildirib və bərpa etməyə maneçilik törədib. Buna görə də sonuncu barəsində 602.4-cü maddə ilə protokol tərtib edilib.

Xəzər rayon Məhkəməsinin qərarı ilə mağaza sahibi barədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1000 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilib. (Modern.az)

  • Related Posts

    Azərbaycanın dövlət borcu AÇIQLANDI

    Bu il aprelin 1-nə Azərbaycanın dövlət borcu 26 milyard 628,8 milyon manat və cari il üzrə proqnozlaşdırılan ümumi daxili məhsulun 6,6 %-i qədər olub. Tribunainfo.az Maliyyə Nazirliyinə istinadən xəbər verir…

    Qarabağın bərpasına 16 milyard manat xərclənəcək

    2026-2029-cu illərdə işğaldan azad olunmuş ərazilərin yenidənqurulmasına 16 milyard manat xərclənəcək. Moderator.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, işğaldan azad olunmuş ərazilərin yenidənqurulması və bərpası ilə bağlı xərclərin əsaslı xərclərdə…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik