Apelyasiya Məhkəməsi jurnalist Fərid İsmayılovu azad etməyib

Yanvarın 24-də Bakı Apelyasiya Məhkəməsində jurnalist Fərid İsmayılovun həbsindən şikayətə baxılıb.
Vəkil Zibeydə Sadıqova bildirib ki, müdafiə tərəfi jurnalistin həbsdə saxlanılmasına zərurətin olmadığını onun səhhətində problemlərin olması və ibtidai istintaqın başa çatması ilə əsaslandırıb.
Vəkil qeyd edib ki, istintaq müddətində İsmayılov polis nəzarətində olub və polisə getməkdən yayınmayıb.
Bundan əlavə, ciddi sağlamlıq problemləri var və 7 cərrahiyyə əməliyyat keçirib.
Proses zamanı İsmayılov bildirib ki, jurnalist fəaliyyətinə  görə həbs olunub, istintaqda ona irəli sürülən ittihamlar isə sübuta yetirilməyib.
“Ölkədən çıxmamışamsa, necə  qaçaqmalçı ola bilərəm” , – o deyib.
Lakin məhkəmə şikayəti təmin etməyib.
2024-cü il martın 6-8-də “Toplum” TV və onun tərəfdaş təşkilatı Demokratik Təşəbbüslər İnstitutunun 9 əməkdaşı saxlanılıb.
Yeddi nəfər qaçaqmalçılıq ittihamı ilə 4 ay müddətinə həbs edilib, iki nəfər polis nəzarətinə verilib.
Yanvarın 17-də onlara qarşı Cinayət Məcəlləsinin iqtisadi cinayətlərə dair 6 maddəsilə ittiham irəli sürülüb.
Polis nəzarətində olan jurnalist Fərid İsmayılov da həbs edilib.
  • Related Posts

    Azərbaycanda yeni radiolar açılacaq – FOTO

    31 yanvar 2025-ci il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilib. Şuradan verilən xəbərə görə, iclasda bir sıra məsələlərə baxılıb. İlk olaraq ümumölkə yerüstü radio yayımçısı lisenziyasının verilməsi üçün elan…

    Yeni Çağ” 17 yaşında…

    Bu gün Azərbaycanın ilk xəbər portallarından olan Yenicag.az saytının 17 yaşı tamam olur. Belə ki, 2006-cı il fevralın 1-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçən “Yeni Çağ” qəzetinin rəsmi səhifəsi kimi fəaliyyətə…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik