Apex Clinic”də azyaşlının alveol sümüyü zədələndi – Baş həkimi 20 min cərimələndi

Yasamal rayonu, Həsən Məcidov küçəsi 12 ünvanında yerləşən məşhur “Apex” Stomatoloji və Estetik Klinikası külli miqdarda cərimələnib.
Uluyol.info Qaynarinfo-ya istinadən xəbər verir ki, klinikanın cərimələnməsinə səbəb diş çəkimi zamanı 8 yaşlı Sara adlı azyaşlının alveol sümüyünün zədələnməsinə görə aparılan araşdırma olub.
Belə ki, Mətin Əsgər “Atəşgah” sığorta şirkəti tərəfindən sığortalı, 8 yaşlı Sara adlı qızını aşağı çənəsində 7.5-ci dişin kəskin ağrıları ilə “Apex” Klinikasına aprıb.
Sığortanın göndərişi əsasında 8 yaşlı Saranı Almaz Ağarəhimova adlı həkim müayinə edib. Əvvəlcə azyaşlının dişinə plomb qoyulacağını bildirən həkim sonradan Sranın narahatlığını əsas gətirərək onun süd dişinin çıxarılması barədə qərar verib. Həkim azyaşlının ağız boşluğuna bir neçə dəfə keyidici iynə vursa da, onun dişini çıxara bilməyib. Bundan sonra klinikanın baş həkimi Əli Əliyev tərəfindən azyaşlının dişi çıxarılsa da, üzündə şişkinliklər yaranıb.
Mətin Əsgər Nərimanov rayonunda yerləşən klinikaların birində qızının dişini müayinə elətirib. Məlum olub ki, “Apex” Klinikasında azyaşlının alveol sümüyünü zədələyiblər.
Azyaşlının anası Ü.A. bu barədə Səhiyyə Nazirliyinə, “Atəşgah” sığorta şirkətinə və Baş Prokurorluğuna şikayət ərizəsi ilə müraciət edib.
Uşağın anası iddia edib ki, “Apex” Klinikasında qızına 10-dan çox iynə vurulub, azyaşlıya ağır işgəncə verilib, səhhətində ağır nəticələrə səbəb olub.

Həkimlər isə bildiriblər ki, bunun nəticəsində xəstənin səhhətinə hər hansı zərər dəyməyib və dəyə bilməz.
Aparılan araşdırma zamanı məlum olub ki, stomatoloq Əli Əliyevin direktor və baş həkimi olduğu klinikada Almaz Ağarəhimova Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən “dişin müayinə və müalicə edilməsi” işinin yerinə yetirilməsinə cəlb edilib. Buna görə, Əli Əliyevin rəhbəri olduğu “Apex Clinic” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə stomatoloq Əli Əliyev Akif oğlu barəsində 20.000 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilib.

  • Related Posts

    Hər kəsin içdiyi bu məşhur içkinin ciddi təhlükələri var imiş…

    Həddindən artıq qəhvə istehlakı ürək-damar xəstəliklərinin və qan damarlarında lövhələrin əmələ gəlməsi riskini artırır. Bunu Rosbiotex Universitetinin subtropik və qida ləzzətləri texnologiyası sahəsində ekspert İrina Sulyayeva bildirib. Mütəxəssis Lenta.ru ilə…

    Saç boyaları sonsuzluğa səbəb olur? – VİDEO

    Çexiyada aparılan araşdırmalar zamanı bəzi saç boyalarının sonsuzluğa səbəb olduğu aşkarlanıb. Məlumata görə, onların tərkibində reproduktiv sağlamlıq üçün təhlükəli olan lilial adlı toksik aldehid var. Qeyd edək ki, tərkibində lilial…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik