“Apple” 18 illik özəlliyindən vaz keçir – FOTO

  • Dünya
  • Fevral 11, 2025
  • 0 Comments

“Apple” şirkəti özünün ən ucuz smartfon modeli olacaq “iPhone SE 4″ü bu gün təqdim etməyə hazırlaşır.

Uluyol.info oxu.az-a istinadən xəbər verir ki, orta seqment özəlliklərinə malik smartfonun görünüşü internetə sızdırılıb.

Yeni telefonlarda “Home” düyməsi artıq olmayacaq. “Apple” sözügedən düyməni ilk dəfə 2007-ci ildə bazara çıxardığı “iPhone” modelində tətbiq etmişdi.

2012-ci ildə çıxan “iPhone 5S” ilə birlikdə “Home” düyməsi “Touch ID” (barmaq izi sensoru) ilə təchiz edildi. Lakin “Apple” 2017-ci ildə təqdim edilən “iPhone X”da üztanıma sisteminə (“Face ID”) keçərək “Home” düyməsini ləğv etdi.

Şirkət “iPhone SE” modelində  (2022-ci il) sonuncu dəfə olaraq “Touch ID” və “Home” düyməsinə yer verdi. Yeni “iPhone SE” modelində (2025-ci il) yalnız “Face ID” olacaq  və barmaq izi sensoru tətbiq edilməyəcək.  Bununla da şirkət “iPhone SE 4” modeli ilə 18 illik özəlliyindən imtina edir.

  • Related Posts

    • Dünya
    • May 23, 2025
    • 70 views
    Putin sərhədlərlə bağlı QƏRAR VERDİ

    Rusiya lideri Vladimir Putin Kursk, Bryansk və Belqorod vilayətlərində Ukrayna ordusunun hücumlarından zərər çəkmiş ərazilərin qısa müddət ərzində bərpası üçün kompleks proqramın hazırlanması barədə göstəriş verib. Sərəncam Rusiya Federasiyası İqtisadi…

    • Dünya
    • May 19, 2025
    • 79 views
    Avropa 150 milyardlıq silahlanmaya keçir – ABŞ narahatdır

    Məlum olduğu kimi, Avropa İttifaqı (Aİ) 2025-ci ilin may ayında “Avropanın Təhlükəsizlik Fəaliyyəti” (SAFE) adlı 150 milyard avroluq müdafiə fondu yaradıb. Fonddan Aİ üzvü olan ölkələr və seçilmiş qeyri-Aİ dövlətləri,…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik