00:00 · 11.11.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Afrikada Çin nümunəsi: 7 min kilometrlik “Yaşıl divar” yaradılır (FOTO)Alimlər plastikdən almaz əldə etməyin yolunu tapdıEmin Abbasov “Səbail”də prezident müşaviri təyin edildiCorablı, yoxsa corabsız: Ən yaxşı yatma qaydası və bunun səbəbiDünyada əhali qocalır: Alimlər bunu tarixdə görünməmiş proses adlandırırMəşhur aktyorların qazancları üzə çıxdı: Rəqəmlər heyrətləndirdiTrampın İran qərarı neft bazarını silkələdi: Azərbaycanın milyardları təhlükədədir?Türkiyə İsrailə dəvət göndərməkdən imtina etdi“Keçmiş” qazidən ayrı-seçkiliyə etirazAnıtqəbirdə böyük izdiham: Atatürk vəfatının 88-ci ildönümündə yad edilir (FOTO)Prezident İlham Əliyev Türkiyəyə səfərə gəlib- FotoAzərbaycan Türkiyəyə başsağlığı verdiAfrikada Çin nümunəsi: 7 min kilometrlik “Yaşıl divar” yaradılır (FOTO)Alimlər plastikdən almaz əldə etməyin yolunu tapdıEmin Abbasov “Səbail”də prezident müşaviri təyin edildiCorablı, yoxsa corabsız: Ən yaxşı yatma qaydası və bunun səbəbiDünyada əhali qocalır: Alimlər bunu tarixdə görünməmiş proses adlandırırMəşhur aktyorların qazancları üzə çıxdı: Rəqəmlər heyrətləndirdiTrampın İran qərarı neft bazarını silkələdi: Azərbaycanın milyardları təhlükədədir?Türkiyə İsrailə dəvət göndərməkdən imtina etdi“Keçmiş” qazidən ayrı-seçkiliyə etirazAnıtqəbirdə böyük izdiham: Atatürk vəfatının 88-ci ildönümündə yad edilir (FOTO)Prezident İlham Əliyev Türkiyəyə səfərə gəlib- FotoAzərbaycan Türkiyəyə başsağlığı verdi
Dünya

“Artsax”ın əski parçası Fransa meydanından endirildi – qarşıdurma böyüyür

İrəvanın mərkəzində yerləşən Fransa meydanından qondarma “Artsax” bayrağının götürülməsi Ermənistanda yeni müzakirələrə səbəb olub.

Musavat.com xəbər verir ki, bu barədə vaxtilə Azərbaycanın Qarabağ bölgəsində qanunsuz yaşamış qondarma hüquq müdafiəçisi Nare Simonyan məlumat yayıb.

Onun sözlərinə görə, bayraq 2022-ci ildə keçirilən “Müqavimət” hərəkatının aksiyaları dövründən etibarən meydanda asılmış vəziyyətdə idi. Simonyan bildirib ki, bayrağın endirilməsi hakimiyyətin Qarabağ məsələsinə münasibətinin növbəti təzahürüdür.

Hüquq müdafiəçisi qeyd edib ki, seçkilərdən sonra Qarabağ mövzusuna qarşı aparılan siyasət daha açıq şəkildə hiss olunur və son addım da bunun davamı kimi qiymətləndirilir.

Nare Simonyan hakimiyyətin Qarabağla bağlı simvolları ictimai məkanlardan mərhələli şəkildə uzaqlaşdırdığını bildirib.