Ata balasına kömək üçün yalvarır – FOTOLAR

2 yaşlı Zərifin sizin köməyinizə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun atası Pərviz Misirov məlumat verib.

O bildirib ki, övladı qan xərçəngi ilə mübarizə aparır:

“Bir neçə ay əvvəl qızımın kəskin leykozla mübarizə apardığını öyrəndik. Bir müddət Milli Hematologiya və Transfuziologiya Mərkəzində müalicə aldı. Lakin müalicə üçün Belarusa getməyimiz məsləhət görüldü. Oradan isə bildirildi ki, bu xəstəliklə mübarizə üçün 5 kurs müalicə lazımdır. Hər kursu isə 16 min dollardır. Qızımın xəstəliyini öyrənən kimi bütün dəyərli əşyalarımızı, o cümlədən mətbəx mebelimizi, televizorumuzu satdıq. Amma bu pulu toplamaq bizim üçün imkansızdır.

Özüm taksi şoferi işləyirəm, yoldaşım isə evdar qadındır. Bizim Zərifdən başqa bir övladımız da var. O, isə 5 aylıqdır. Buna görə də maddi olaraq tükənmişik. Zərifin cəmi iki yaşının olmasına baxmayaraq, çox böyük ağrılara dözür. Bütün günü ağlayır. Bir ata olaraq qızımı bu vəziyyətdə görmək məni məhv edir. Qızımın gözündən 1 yaş töküləndə mənim gözümdən sel axır. Xalqımızdan xahiş edirəm bizə dəstək olsunlar. Bu çətin günlərin öhdəsindən bizim təkbaşına gəlməyimiz mümkünsüzdür”.

Əlaqə nömrəsi: 050 695 02 06

Kapital bank: 4169 7388 5460 3556

  • Related Posts

    Neftçalada XTQ-in giziri Elimdar Səfərovun ildönümü qeyd edildi-FOTOLAR/VİDEO

    Aprel döyüşlərindən 9 il ötür. Neftçala rayonu Aşağı Qaramanlı kəndində aprelin 4-ü XTQ-in giziri şəhid Elimdar Səfərovun ildönümü qeyd edilib. Uluyol.info xəbər verir ki, anım tədbiri Şəhidlərimizi 1 dəqiqəlik şükutla…

    Azər Qasımlının həbs müddəti uzadıldı

    Bu gün Yasamal rayon Məhkəməsində hakim Orxan Məmmədlinin sədrliyi ilə keçirilən prosesdə müxalif siyasətçi Azər Qasımlının barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 2 ay uzadılıb. Bu haqda vəkil Aqil…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik