Avropa İttifaqının Trampla bağlı QORXUSU

  • Dünya
  • Yanvar 27, 2025
  • 0 Comments

Avropa İttifaqı öz iştirakı olmadan ABŞ prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinlə birbaşa razılaşa biləcəyindən qorxur.

Musavat.com xəbər verir ki, bu barədə İspaniyanın “El País” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, respublikaçının Ağ Evə qayıtması avropalılar arasında onun Rusiya lideri ilə pakt hazırlayacağı, Ukrayna və Avropa İttifaqını arxa plana keçirəcəyi qorxusunu artırıb. Bundan əlavə, Brüsseldə Aİ-nin gələcək sazişə əməl olunmasının yeganə təminatçısına çevriləcəyi ilə bağlı narahatlıqlar artır.

Burada risk ABŞ-ın Kiyev üçün o qədər də sərfəli olmayan pakt hazırlaması, Avropanın Ukraynanın qarşıdan gələn yenidən qurulmasını maliyyələşdirməsi və sazişin təminatçısı olmasını şərtləndirməsindən ibarətdir.

“Belə bir sxem Avropanın təhlükəsizliyi üçün fəlakət olardı, biz hələ nəhəng geosiyasi məğlubiyyəti demirik”, – deyə qəzet yazıb.

  • Related Posts

    Hindistan, yoxsa Pakistan? – Hərbi güclərin müqayisəsi nə deyir?

    Aprelin 22-də Cammu və Kəşmirin Pahalqam bölgəsində 26 dinc sakinin həyatına son qoyan terror hücumundan sonra Hindistan və Pakistan arasında gərginlik yenidən artıb. Bundan sonra Hindistan hökuməti bir sıra cavab…

    Pakistan BMT-dən təcili iclas keçirməyi tələb etdi

    Pakistan Hindistanla artan gərginliyə görə BMT Təhlükəsizlik Şurasının iclasını tələb edib. Yenicag.az xəbər verir ki, bu barədə TASS təşkilatdakı diplomatik mənbəyə istinadən məlumat yayıb. İclasın vaxtı hələ təyin edilməyib.

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik