Avropa Məhkəməsi Azərbaycanı cərimələyib

Azərbaycan hökuməti Obyektiv Radio və onun təsisçilərinə 6500 avro təzminat verməlidir.

Avropa İnsan Hüquqları Məhkəməsi belə qərar çıxarıb.

Məhkəmə fevralın 18-də bildirib ki, Obyektiv Radio və onun təsisçiləri Mehman Əliyev və Emin Hüseynovun radio yayım üçün lisenziya müraciətinə imtina cavabı verilərkən ifadə azadlığı hüququ pozulub.

Alternativ radio-nun təsisçisi Rəsul Cəfərov isə məhkəmə zamanı hökumətlə “dostca razılaşma” əldə edib və şikayətini geri götürüb. Hökumət ona 3 min avro ödəməlidir.

Ərizəçilər 2010-cu ildə 103.3 FM radio tezliyi üzrə yayım lisenziyası üçün tenderə qatılıblar.

Keçmiş Milli Televiziya və Radio Şurası keçirdiyi tenderdə “Golden Prince” şirkəti qalib elan edilib.

Şirkətin sonradan Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin sabiq müdiri Əli Həsənovla bağlılığı ortaya çıxıb.

Həsənov 2014-cü ildə bunu BBC-yə özü etiraf edib.

BBC

  • Related Posts

    Seul: Şimali Koreya Rusiyaya daha 3000 hərbçi göndərib

    Şimali Koreya 2025-ci ilin yanvar və fevral aylarında Rusiyaya əlavə 3000 hərbçi göndərib. Bu haqda Associated Press Cənubi Koreyanın Birləşmiş Qərargah Rəislərinin hesablamalarına istinadən xəbər verir. Məlumata görə, Pxenyan həmçinin…

    ABŞ Konqresinin Azadlıq radiosu ilə bağlı qərarı ləğv edilib

    ABŞ Konqresinin Azadlıq Radiosu ilə bağlı qərarı ləğv edilib. Uluyol.info bildirir ki, ABŞ Qlobal Media Agentliyi (USAGM) ABŞ Konqresinin Azad Avropa/Azadlıq Radiosunun (Azadlıq Radiosu) maliyyələşdirilməsini dayandırmaq qərarını ləğv edib. Federal…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik