Avtomobil gətirənlərin nəzərinə: Gömrükdə terminal haqqı artırıldı

Xarici ölkələrdən gətirilən və gömrük terminalına daxil olan avtomobillər üçün ödənilən terminal haqqı artırılıb.

Uluyol.info oxu.az-a istinadən xəbər verir ki, terminal haqqı 200 manatdan 300 manata qaldırılıb.

Məlumatda qeyd olunub ki, terminal haqqının artması ilə yanaşı, yeni bəyannamə sənədi də tələb olunur. Yəni avtomobil ölkəyə gəlməmişdən əvvəl onun haqqında bəyannamə hazırlanıb gömrük orqanına təqdim olunmalıdır. Bu sənədin təxmini qiyməti isə 35 manatdır.

Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən bildirilib ki, terminalla bağlı məsələnin gömrük orqanına aidiyyəti yoxdur.

“Digər məsələyə gəlincə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində edilmiş 28 dekabr 2018-ci il tarixli dəyişikliyə əsasən, 1 fevral 2019-cu ildən mallar gömrük ərazisinə gətirilmədən əvvəl fiziki şəxslər (kommersiya məqsədləri ilə malları ölkəyə idxal edən fərdi sahibkarlar) tərəfindən gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilməlidir”, – deyə məlumatda bildirilib.

Sənədin qiymətinə gəlincə isə qurumdan vurğulandı ki, qeyd edilən məbləğ qısa idxal bəyannaməsinə görə, gömrük məqsədləri üçün məlumatların gömrük orqanlarının informasiya sisteminə etibarlı, dayanıqlı və fasiləsiz təqdim edilməsi işinin təşkili üçün alınır və müvafiq təsdiqedici sənəd təqdim olunur.

  • Related Posts

    Qarabağın bərpasına 16 milyard manat xərclənəcək

    2026-2029-cu illərdə işğaldan azad olunmuş ərazilərin yenidənqurulmasına 16 milyard manat xərclənəcək. Moderator.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, işğaldan azad olunmuş ərazilərin yenidənqurulması və bərpası ilə bağlı xərclərin əsaslı xərclərdə…

    Kartof sürətlə bahalaşır: Səbəb nədir?

    Son günlər bazar və marketlərdə kartofun qiyməti durmadan artmaqdadır. 10 gün bundan əvvəl bir kilosu 80-90 qəpiyə satılan kartof indi alıcılara 1,40- 1,50 manata təklif olunur. Satıcılar qarşıdakı həftədə də…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik