Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirildi

  • Idman
  • Fevral 16, 2025
  • 0 Comments

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2025-ci ilin hazırlıq planına uyğun olaraq, fevralın 16-da Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.

Bu barədə Uluyol.info-ya Müdafiə Nazirliyindən bildirilib.

Hərbi orkestrlərin müşayiəti ilə döyüş bayraqları təntənəli surətdə sıra meydanlarına gətirildikdən sonra tədbirlər açıq elan olunub. Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, həmçinin ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Təntənəli surətdə Hərbi andı qəbul edən gənc əsgərlər Vətənə sadiq olacaqlarına söz veriblər. Müdafiə Nazirliyinin nümayəndələri və hərbi hissə komandirləri çıxış edərək gənc əsgərləri əlamətdar gün münasibətilə təbrik edib, onlara Vətənə, dövlətə və Ali Baş Komandana, hərbi anda sadiq olmalarını, nümunəvi xidmət etməyi, silah və texnikanın sirlərini dərindən öyrənərək döyüş hazırlıqlarını daim yüksəltmələrini, komandir-rəis heyətinin əmr və göstərişlərini dəqiq və vaxtında yerinə yetirmələrini, torpaqlarımızın müdafiəsi naminə hər an hazır olmalarını tövsiyə ediblər.

Andiçmə mərasimləri hərbi qulluqçuların təntənəli marşlarla tribunaların önündən keçidləri ilə başa çatıb.

  • Related Posts

    • Idman
    • İyun 4, 2025
    • 44 views
    Latviya – Azərbaycan matçının hakimləri açıqlandı

    Azərbaycan milli komandasının iyunun 7-də Latviya yığması ilə keçirəcəyi yoldaşlıq oyununun hakim təyinatları müəyyənləşib. Uluyol.info xəbər verir ki, Riqa şəhərində yerləşən “Skonto” stadionunda baş tutacaq görüşü Maltadan olan baş hakim…

    • Idman
    • May 30, 2025
    • 50 views
    Minifutbol-2025: Azərbaycan millisi finalda

    Azərbaycanın minifutbol millisi Bakıda keçirilən dünya çempionatında finala yüksəlib. Qaynarinfo xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv yarımfinalda Monteneqro ilə üz-üzə gəlib. Qarşılaşma yığmamızın 2:1 hesablı qələbəsi ilə başa…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik