Azərbaycan Ordusunda yenilik

  • Ölkə
  • Aprel 18, 2025
  • 0 Comments

Müdafiə Nazirliyinin tabeliyində olan Milli Müdafiə Universiteti valideynlərə və hazırda xidmətdə olan əsgərlərə müraciət edib.

Yenicag.az xəbər verir ki, müraciətdə bildirilib ki, ilk dəfə olaraq Azərbaycan Ordusunda müddətli həqiqi hərbi xidmət keçən şəxslər üçün təhsil almaq imkanı yaradılıb.

Belə ki, Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə xidmət edən, 2024-cü ildə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən 11-ci sinif buraxılış imtahanından yüksək nəticə əldə etmiş müddətli həqiqi hərbi qulluqçular (əsgərlər) üçün Bakı və Naxçıvan Hərbi Kolleclərində təhsil almaq imkanı təqdim ediləcəkdir. Müəyyən edilmiş meyarlara cavab verən yüksəkgöstəricili əsgərlərə Hərbi Kolleclərdə təhsil almaqla bağlı xidmət etdikləri hərbi hissələr tərfindən ətraflı məlumat veriləcək. Hərbi kolleclər üçün tələb olunan tibbi müayinədən keçən və göstəriciləri uyğun hesab edilən şəxslərin namizədliyi qeydə alınacaq.

İkiillik təhsil müddətində kursantlar Hərbi Kolleclərdə 9 peşə, 27 hərbi ixtisas üzrə təhsil alırlar.

İmtiyazlar:

Təhsil müddətində –

– əşya, ərzaq, tibbi sığorta, yaşayış yeri (yataqxana) təminatı;

– kursanta və onun ailə üzvlərinə ödənilən birdəfəlik və aylıq ödəmələr;

– dövlət hesabına xaricdə təhsil imkanı.

Xidmət müddətində –

– gizir hərbi rütbəsinin verilməsi;

– xidməti mənzil və ya müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün pul kompensasiyasının təmin edilməsi;

– il ərzində birdəfəlik verilən maddi yardım, növbəti məzuniyyətə çıxarkən əlavə pul təminatı, qüsursuz hərbi xidməti nəzərə alınmaqla əsas vəzifə və rütbə maaşının iki misli həcmində birdəfəlik pul mükafatı;

– özü və ailə üzvləri üçün güzəştli tibbi təminat;

– güzəştli ipoteka krediti (5 il xidmət etdikdən sonra, ipoteka yolu ilə alınan yaşayış sahəsinin dəyərinin 15 faizədək olan hissəsi dövlət tərəfindən maliyyələşdirilməsi);

– Azərbaycan Ordusunda 20 təqvim ili və daha çox qüsursuz xidmət etdikdə dövlət vəsaiti hesabına mənzillə təmin olunması;

– karyerada davamlı yüksəliş.

Tələb olunan meyarlara uyğun gələn və hazırda xidmətdə olan hərbi qulluqçuların valideynləri onları maraqlandıra biləcək suallarla bağlı ətraflı məlumat almaq üçün Milli Müdafiə Universitetinin rəsmi vatsap kanalını izləyə bilərlər.

  • Related Posts

    • Ölkə
    • May 19, 2025
    • 12 views
    Bakının mərkəzində söküntü başlayır- Bu qədər kompensasiya ödənəcək

    Bakının mərkəzində yeni söküntü başlayır, yerində park salınacaq. Uluyol.info “Teleqraf”a istinadən xəbər verir ki, paytaxtın Yasamal rayonunda, Təzə Pir məscidinin tinindən Daxili İşlər Nazirliyinin (DİN) və Baş Prokurorluğun binalarına qədər…

    Bu gecə Bakıda meteor yağışı müşahidə olunacaq

    Bu gecə Bakıda meteor yağışını müşahidə etmək mümkün olacaq. Yenicag.az xəbər verir ki, Eta-Akuariid meteor yağışının Bakıdan ən yaxşı müşahidə vaxtı saat 02:15-05:00 arası olacaq. Yağışın mənbəyi maksimumda Bakı üçün…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik