Azərbaycan Suriyadakı səfirliyinin fəaliyyətini bərpa etdi – 13 il sonra

Azərbaycan Respublikası 13 illik fasilədən sonra Suriyanın paytaxtı Dəməşqdəki Səfirliyinin fəaliyyətini bərpa edib.

“Unikal” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, artıq bu məqsədlə Səfirliyin müvəqqəti işlər vəkili artıq Dəməşq şəhərinə ezam edilib və fəaliyyətə başlayıb.

“Azərbaycan Respublikası beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq, Suriyada davamlı sülhün və sabitliyin bərqərar olmasını dəstəkləyir.

Azərbaycan və Suriya arasında dostluq və əməkdaşlıq əlaqələrinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması və siyasi, iqtisadi, mədəni və digər sahələrdə tərəfdaşlığın inkişaf etdirilməsi üçün yeni imkanların yarandığı bu vacib dövrdə Səfirliyimiz Suriyanın keçid dövrü hökuməti ilə yaxından əməkdaşlıq edərək ikitərəfli əlaqələrimizin inkişafına dəstək verəcəkdir”, – məlumatda qeyd olunub.

  • Related Posts

    Tramp Putinlə telefon danışığı aparıb

    ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə telefon danışığı apardığını bildirib. Musavat.com xəbər verir ki, 1 saat 15 dəqiqə davam edən söhbətdə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.…

    Azərbaycan və İran prezidentləri arasında telefon danışığı olub

    İyunun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub. Musavat.com xəbər verir ki, İran Prezidenti dövlətimizin başçısını, qardaş və dost Azərbaycan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik