Azərbaycan və İran prezidentləri arasında telefon danışığı olub

İyunun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.

Musavat.com xəbər verir ki, İran Prezidenti dövlətimizin başçısını, qardaş və dost Azərbaycan xalqını qarşıdan gələn müqəddəs Qurban bayramı münasibətilə təbrik edib, xalqımıza rifah və tərəqqi arzulayıb.

Prezident İlham Əliyev də öz növbəsində İran Prezidentini, qardaş və dost İran xalqını qarşıdan gələn müqəddəs Qurban bayramı münasibətilə təbrik edib, firavanlıq və tərəqqi arzularını çatdırıb.

Məsud Pezeşkian ölkəmizə rəsmi səfərini, səfər çərçivəsində dövlətimizin başçısı ilə keçirdiyi görüşləri və aparılan səmərəli müzakirələri məmnunluqla xatırlayıb.

Azərbaycan Prezidenti də səfər zamanı aparılan müzakirələri yüksək qiymətləndirib.

Telefon danışığı əsnasında hazırda iki ölkənin aidiyyəti dövlət qurumlarının Məsud Pezeşkianın ölkəmizə rəsmi səfəri zamanı qarşıya qoyulan tapşırıqların həyata keçirilməsi üçün səylərini davam etdirdikləri vurğulanıb. Səfərin nəticəsi olaraq Bakı-Təbriz aviareysinin bərpası və Bakı-Tehran istiqamətində təyyarə reyslərinin sayının artırılması qeyd edilib, bunun xalqlarımız arasında təmasların artmasına müsbət təsir göstərəcəyinə əminlik ifadə olunub.

Azərbaycan-İran əlaqələrinin inkişafında hazırda dönüş nöqtəsinin olduğu vurğulanıb və birgə səylərlə ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələrdə dinamik surətdə inkişaf edəcəyinə ümidvarlıq bildirilib.

Telefon söhbəti zamanı dövlət başçıları qarşılıqlı maraq doğuran digər məsələlərə də dair fikir mübadiləsi aparıblar.

  • Related Posts

    Tramp Putinlə telefon danışığı aparıb

    ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə telefon danışığı apardığını bildirib. Musavat.com xəbər verir ki, 1 saat 15 dəqiqə davam edən söhbətdə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.…

    Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı

    “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 28-də Müstəqillik Günü münasibətilə Azərbaycana səfər edəcək”. Uluyol.info xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun “X” hesabında məlumat…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik