00:00 · 07.09.2026

ULUYOL.İNFO

İctimai-siyasi onlayn qəzet

SON DƏQİQƏ
Əli Vəliyev təhqirə görə cəzalandırıldı: 9 ay…Bunu edənləri 8 ilədək həbs gözləyirMal ətinin qiyməti yenidən artdı (VİDEO)Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilərTramp Hörmüz boğazına öz adını vermək istəyir“Euronews” “Sabah”ın uğur hekayəsindən bəhs edən yazı hazırlayıbSüni intellekt bu peşələri sıradan çıxara bilər – 756 iş üzrə risk dərəcələriRusiyada tikinti sahələrində miqrant işçilərin sayı artıbAzərbaycanın etirazı Parisdə planları pozdu – Bakıdakı canilərə həsr olunan rəsmi açılış ləğv edildiBu şəxslər üçün qısaldılmış iş vaxtı müəyyən edilirBakıda bu yollar bağlanır“Citomed” borcunu ödəyə bilmir? – Son 5 ayda 3 dəfəyə yaxın artıbƏli Vəliyev təhqirə görə cəzalandırıldı: 9 ay…Bunu edənləri 8 ilədək həbs gözləyirMal ətinin qiyməti yenidən artdı (VİDEO)Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilərTramp Hörmüz boğazına öz adını vermək istəyir“Euronews” “Sabah”ın uğur hekayəsindən bəhs edən yazı hazırlayıbSüni intellekt bu peşələri sıradan çıxara bilər – 756 iş üzrə risk dərəcələriRusiyada tikinti sahələrində miqrant işçilərin sayı artıbAzərbaycanın etirazı Parisdə planları pozdu – Bakıdakı canilərə həsr olunan rəsmi açılış ləğv edildiBu şəxslər üçün qısaldılmış iş vaxtı müəyyən edilirBakıda bu yollar bağlanır“Citomed” borcunu ödəyə bilmir? – Son 5 ayda 3 dəfəyə yaxın artıb
Cəmiyyət

Azərbaycanda itkin düşmüş şəxslər üzrə IV Beynəlxalq Konfrans keçiriləcək

Azərbaycanda İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçiriləcək.

Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Bildirilib ki, builki Konfransın əsas mövzusu itkin düşmüş şəxslər məsələsinin həllində etimadın gücləndirilməsi, effektiv mexanizm və həll yollarının inkişaf etdirilməsidir.

“Builki müzakirələrin əsas istiqamətlərindən biri tərəflər arasında etimadın formalaşdırılması və möhkəmləndirilməsi olacaq. Təcrübə göstərir ki, itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsində real irəliləyiş əməkdaşlıq, şəffaflıq və dəqiq məlumatların vaxtında təqdim olunması olmadan mümkün deyil.

Bu baxımdan, itkin düşmüş şəxslər haqqında dolğun məlumatların, o cümlədən kütləvi və fərdi dəfn yerləri barədə mövcud məlumatların təqdim edilməsinin, eləcə də münaqişə tərəflərinin itkinlərin axtarılması, aşkarlanması və identifikasiyası istiqamətində birgə humanitar fəaliyyət imkanlarının müzakirəsinə xüsusi diqqət yetiriləcək”.

Məlumatda bildirilib ki, konfransın məqsədi yalnız müzakirələrlə kifayətlənməmək, etimadı və əməkdaşlığı gücləndirən, ailələrin həqiqəti bilmək hüququnun təmin olunmasına xidmət edən, məlumat mübadiləsini asanlaşdıran, həmçinin müasir məhkəmə-tibbi, DNT və texnoloji imkanların tətbiqini genişləndirən praktiki və dayanıqlı mexanizmlərin formalaşdırılmasına töhfə verməkdir.

“Dövlətlərin, beynəlxalq təşkilatların nümayəndələri, ekspertlər, ailələr və digər tərəflər bir daha Bakıda bir araya gələrək humanitar əməkdaşlığın konkret nəticələrə çevrilməsi yollarını müzakirə edəcəklər. Minlərlə ailə üçün qeyri-müəyyənlik artıq çox uzun çəkib. Etimad məlumatdan başlayır. Əməkdaşlıq cavablara aparmalıdır”, – deyə məlumatda qeyd edilib.

Azərbaycanda itkin düşmüş şəxslər üzrə IV Beynəlxalq Konfrans keçiriləcək