Azərbaycanda narkotik asılılığı olan qadınların sayı açıqlandı

Narkotik vasitələrin istifadəsi ilkin mərhələdə gizli saxlanılsa da, zaman keçdikcə bəzi əlamətlərlə özünü büruzə verir. Bu əlamətlər arasında yuxusuzluq, əsəbilik, sürətli arıqlama və davranışda lənglik xüsusilə nəzərə çarpır. 01.05.2025 tarixinə olan məlumata əsasən, ölkə üzrə Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzində qeydiyyatda olanların sayı 41 231 nəfər təşkil edir.

Tribunainfo.az-ın xəbərinə görə, bu barədə Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin baş direktoru Fəzail Sadıqov nazirliyin rəsmi “Instagram” səhifəsində keçirilən canlı yayım zamanı məlumat verib.

Onun sözlərinə görə, qeydiyyatda olan şəxslərdən 1 042 nəfəri qadındır.

“Son zamanlar hüquq-mühafizə orqanlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı apardığı mübarizə, eləcə də xəstələrin könüllü şəkildə müalicəyə müraciət etməsi müsbət hal kimi qiymətləndirilməlidir”, – deyə F.Sadıqov qeyd edib.

Direktor əlavə edib ki, narkotik vasitələrə qarşı psixoloji asılılıq ilkin mərhələdə, fiziki asılılıq isə adətən 2-3 həftəlik istifadədən sonra yaranır:

“Valideynlər övladlarını diqqətlə müşahidə etməlidirlər. Narkotik istifadəsi zamanı ünsiyyət problemləri dərhal nəzərə çarpır. Stres, əsəbilik, sosial təcrid, yuxusuzluq kimi ilkin simptomlara diqqət yetirilməlidir. Bəzi hallarda, istifadə olunan maddənin növündən asılı olaraq normadan artıq danışmaq, yersiz hərəkətlər, sayıqlama, hallüsinasiya və tez-tez qıcıqlanma halları müşahidə oluna bilər”.

Fəzail Sadıqov sonda vurğulayıb ki, yeniyetmələrdə davranış pozuntuları daha tez və daha aydın şəkildə özünü büruzə verir.

  • Related Posts

    Gəncə və Bərdə hücumları: Ermənistanın cinayətləri ifşa olunur

    Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə,…

    Sakinləri üçün istirahət zonası yerinə özünə gəlir mənbələri quran MTK-dan ŞİKAYƏT

    Bakı şəhəri, Səbail rayonu, Rostropoviçlər küçəsi, ev 9-11 ilə Nizami küçəsi, ev 4 ünvanlarının kəsişməsində yerləşən “Pilot Residence” kooperativi ilə sakinləri arasında qalmaqal bitmək bilmir. Binanın layihə üzrə işlərini tamamlamayan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik