Azərbaycanda yeni radiolar açılacaq – FOTO

31 yanvar 2025-ci il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilib.

Şuradan verilən xəbərə görə, iclasda bir sıra məsələlərə baxılıb.

İlk olaraq ümumölkə yerüstü radio yayımçısı lisenziyasının verilməsi üçün elan edilmiş 2 müsabiqəyə yekun vurulub. Müsabiqəyə buraxılmış iddiaçıların sənədlərinin, texniki yayım imkanlarının, kadr və maliyyə-iqtisadi potensialının yoxlanılmasını həyata keçirmiş Müsabiqə Komissiyasının məruzəsi və rəyi dinlənilib. Daha sonra Audiovizual Şuranın üzvləri iddiaçılar haqqında fikirlərini bildiriblər.

Müsabiqələrə buraxılmış 5 iddiaçı arasında daha üstün texniki, kadr və iqtisadi potensiala malik olan 2 iddiaçı – “Pro Media Group” MMC (radio kanalın adı: “Planet FM”) və “Broadcast Media” MMC (radio kanalın adı: “Dalğa FM”) qalib elan olunub və müsabiqələr üzrə yekun qərarlar verilib. Qərarlara əsasən ilkin mərhələdə “Bakı Teleqüllə Kompleksi”ndən 88.7 MHs radiotezliyi “Pro Media Group” MMC-nin, 92.5 MHs radiotezliyi isə “Broadcast Media” MMC-nin istifadəsinə ayrılıb.

Daha sonra audiovizual media fəaliyyəti üçün lisenziya verilməsi ilə əlaqədar Audiovizual Şuraya edilmiş son müraciətlər müzakirə olunub. Qəbul olunmuş müvafiq qərarlara əsasən “İdeal TVNet” MMC-yə (operator xidmət adı: “İdealnet”) sadə platforma operatoru, “Azeuronet” MMC-yə (operator xidmət adı: “Azeuronet”) universal platforma operatoru, “TV1 Media” MMC-yə peyk yayımı həyata keçirməyən platforma yayımçısı (televiziya redaksiyasının adı: “TV1”) lisenziyaları verilib.

İclasın sonunda lisenziya sahiblərinin müraciətləri əsasında “Beeonline” ASC-yə, “Global Technology” MMC-yə və “Qafqaznet” MMC-yə verilmiş universal platforma operatoru lisenziyalarının ləğv edilməsi ilə bağlı müvafiq qərarlar qəbul olunub.

 

Uluyol.info

  • Related Posts

    Apelyasiya Məhkəməsi jurnalist Fərid İsmayılovu azad etməyib

    Yanvarın 24-də Bakı Apelyasiya Məhkəməsində jurnalist Fərid İsmayılovun həbsindən şikayətə baxılıb. Vəkil Zibeydə Sadıqova bildirib ki, müdafiə tərəfi jurnalistin həbsdə saxlanılmasına zərurətin olmadığını onun səhhətində problemlərin olması və ibtidai istintaqın…

    Yeni Çağ” 17 yaşında…

    Bu gün Azərbaycanın ilk xəbər portallarından olan Yenicag.az saytının 17 yaşı tamam olur. Belə ki, 2006-cı il fevralın 1-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçən “Yeni Çağ” qəzetinin rəsmi səhifəsi kimi fəaliyyətə…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik