Azərbaycanlı məmurların fırıldağı – Şimali Kiprdən saxta diplom alanlar KİMLƏRDİ…

AzərŞimali Kipr Türk Respublikasının “bugunkibris.com” saytı “Azəri bürokratlar üçün saxta doktorluq” adlı məqalə yayımlayıb.

Məqalə müəllifinin bildirdiyinə görə, Şimali Kiprdə dərs və ya davamiyyət yoxdur və imtahan tarixləri şəxsidir. Yüzlərlə insana, o cümlədən Azərbaycandan olan yüksək çinli məmurlara diplom verən “hibrid doktorluq” adlı qeyri-qanuni sistem qurulub.

Müəllif yazır ki, Bahçeşehir Universitetinin Şimali Kipr filialı Azərbaycandan olan şəxslərə, o cümlədən məmurlara və dövlət qulluqçularına dərslərə qatılmadan doktorluq dərəcəsi verir.

“Çevik və hibrid” adı altında həyata keçirilən bu sistemdə “tələbələrin” dərslərə qatılması tələb olunmur və akademik təqvimdən kənar xüsusi imtahanlar təşkil edilir.

Jurnalistin araşdırmasına görə, sənədlərində A almış “tələbələr” imtahan dövründə Şimali Kiprdə olmayıblar.

Dövlət idarəçiliyi, politologiya, biznes və kompüter elmləri kimi bölmələrdə qeydiyyatda olan şəxslər normal imtahan dövrlərində Şimali Kipr ərazisinə girmədən belə, onlar üçün təşkil edilən imtahanlarla doktorluq diplomlarına sahibləniblər. Üstəlik, bu xüsusi imtahanlarda normal tələbələrə verilən eyni suallardan istifadə edilir və onlar eyni zərfin içinə qoyulur; Beləliklə, YÖK və YÖDAK yoxlamalarından yayınmaq hədəflənir.

Jurnalistə məlum olub ki, 2024-cü ilin yazında işə salınan bu mexanizm hələ də davam edir. Tələbələrin bir çoxunun imtahan və kurs tarixlərində adada olmadığı müəyyən edilib. Bu şəxslər üçün heç bir hüquqi qüvvəyə malik olmayan “Hibrid doktorantura proqramı” xüsusi olaraq müəyyən edilib.

Məqalədə qeyd edilib ki, diplom üçün tələb olunan rüsum adambaşına 3000-4000 ABŞ dolları arasında dəyişir.

“Bugunkibris.com”a danışan bir akademik bu faktlara etiraz edib: “İmtahanlar onlayn ola bilməz. Dərslər yalnız vaxtın ⅓-də onlayn ola bilər və yalnız istisna hallarda. Onlar hər semestrdə ən azı 45 gün adada qalmalıdırlar. Qanunda hibrid doktorantura deyilən bir şey yoxdur. Onlara belə bir proqram açmaq da qadağandır”. /modern.

  • Related Posts

    Bu imtahanın keçirilmə qaydaları dəyişdirildi – Keçid balı artırılıb

    “Notariat fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə şəhadətnamə almaq və xüsusi notariusun köməkçisi təyin olunmaq üçün imtahanın və müsahibələrin keçirilməsi Qaydası”nda dəyişikliklər edilib. Tribunainfo.az xəbər verir ki, Trend-in məlumatına görə,…

    FHN-dən Füzuli Ələkbərova 16 min manatlıq sifariş

    Fövqəladə Hallar Nazirliyinin (FHN) Maddi-Texniki Təchizat İdarəsi “İmprotex Motors” şirkəti satınalma müqaviləsi imzalayıb. Qaynarinfo xəbər verir ki, müqavilədə “BMW 750E”markalı nəqliyyat vasitəsi üçün təmir və texniki servis xidmətlərinin satın alınması…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik