“Azercell” gəlirlərini gizlətdi, hesabatı sildi – Araşdırma

“Azercell Telekom” 2023 və 2024-cü illərə dair maliyyə hesabatlarını hələ də ictimaiyyətə təqdim etməyib. Bu azmış kimi daha əvvəl açıqladığı 1996–2022-ci illərə aid hesabatları da rəsmi saytından silib. Şirkət artıq maliyyə hesabatının açıqlanması nəzərdə tutmur. Maraqlıdır ki, “Azercell” nəyi gizlədir?.

Tribunainfo.az xəbər verir ki, bu barədə mütəxəssis İlkin Məmmədkərimov bildirib. Onun sözlrinə görə, “Azercell” arrtıq maliyyə hesabatlarını açıqlamaq fikrində deyil. Bu isə tamamilə yanlış addımdır. Çünki şəffaflıq baxımından bu hesabat hər il açıqlanmalıdır:

“Mən məsələni ictimailəşdirməmişdən öncə bir neçə dəfə şirkətin call center-nə müraciət etdim. Ancaq konkret cavab ala bilmədim. Halbuki əvvəlki illərdə “Azercell” nümayəndəsi gecikməni “texniki hesablamalarla” izah edərək hesabatların sonradan sayta yerləşdiriləcəyini bildirmişdi.

Şirkətin bu addımı onun gəlirlə fəaliyyət göstərdiyini gizlətmək cəhdi kimi qiymətləndirilə bilər. Xatırladım ki, “Azercell”in 51%-lik səhmləri 2018-ci ildə “TeliaSonera”dan Azərbaycan dövlətinə (AzinTelecom) keçmişdi. Həmin vaxt şirkətin gəlirli olduqda yenidən özəlləşdiriləcəyi bildirilmişdi. Lakin ötən 7 il ərzində bu istiqamətdə heç bir addım atılmayıb”.

Ekspertin sözlərinə görə, məhz bu qeyri-müəyyənlik və rəqabətsizlik “Azercell”in xidmət keyfiyyətinin aşağı düşməsinə və qiymətlərin artmasına səbəb olub:

“Hazırda “Azercell” ölkədə ən bahalı mobil operator olsa da, internet sürəti və tarif şərtləri rəqiblərindən çox-çox geridə qalır. Xidmət isə olduqca aşağı səviyyədədir”.

Qarşı tərəfi dinləməyə hazırıq.

Gülşən Rəsul

  • Related Posts

    Saxta qızıllar satılır – DİQQƏTLİ olun – AÇIQLAMA

    Son illərdə zərgərlik bazarında etibarsızlıq getdikcə artır. İstər nişan, istərsə də adi hədiyyə məqsədilə alınan qızıl məmulatlarında saxtakarlıq halları alıcıların narahatlığına səbəb olur. Vətəndaşlar öz əmanətlərini dəyərli metal olaraq qorumağa…

    Müştərilər “Unibank”dan imtina edir – SƏBƏB

    “Unibank” əməkdaşlarının kobudluğu və bankın güzəşt müddətinin az olması bankdan imtina edən müştərilərin sayını artırıb. Tribunainfo.az xəbər verir ki, narazı müştərilərdən biri də Günay Quliyevadır. Bu problemlər səbəbindən o “Unibank”dan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Yazarlar

    Bakı Bastianidir, inqilab baş vermədi

    Bakı Bastianidir, inqilab baş vermədi

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Ailə institutuna “batırılan diş” – Əfsələddin Ağalarov yazır

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    Süni intellekt və biz: yarışaqmı, savaşaqmı

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik

    “Ermənistanın təxribatları antiterror əməliyyatının keçirilməsini labüd etmişdi”-Polkovnik